Accessibility links

Yaponiyanın şimalında güclü zəlzələ olub


Cümə axşamı Yaponiyanın şimal Hokkaido adasında baş verən 6.7 bal gücündə güclü zəlzələdə təxminən yeddi nəfərin öldüyü təsdiqlənib.

Yaponiyanın Meteorologiya Agentliyi zəlzələnin episenterinin Tomakomai şəhərinin şərqi olduğunu bildirib.

Zəlzələdən yaranan torpaq sürüşməsi yüzlərlə evi torpaq altında qoyub və palçıq çayların kənd küçələrindən axmasına səbəb olub.

Milli yayım şirkəti NHK bildirib ki, dağıntılar nəticəsində 140 nəfər xəsarət alıb və təxminən 40 nəfər itkin düşüb.

Hərbçilər və xilasetmə dəstələri fəlakət baş verən ərazilərə səfərbər edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın Baxmut şəhərinə iri hücumlarını dəf edib
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG