Accessibility links

Yaponiyada ölənlərin sayı 74-ə çatıb


Yaponiyada xilasedicilər çərşənbə günü qasırğa nəticəsində itkin düşənləri axtarıb. NHK yayım şirkətinin məlumatına görə, ölənlərin sayı artıq 74-ə çatıb. Bir çox insan çayların daşması səbəbilə yaranan daşqın nəticəsində həyatını itirib.

NHK bildirib ki, həftə sonu baş verən Hagibis qasırğası 12 nəfər itkin düşməsi, 220 nəfərin xəsarət alması ilə nəticələnib. Əsas Honşu adasının şərq hissəsində 52 çay daşıb.

Ən çox tələfatın olduğu Fukuşima prefekturasında 700 evi su basıb. Sakinlər suyun zərər vurduğu mebelləri və zibilləri küçələrə atıb. Evlərin çoxunda yaşlı insanlar yaşayır. Onların əksəriyyəti isə evakuasiya mərkəzlərində qalıb, evlərini təmizləyə bilməyib.

Baş nazir Şinzo Abe deyib ki, hökümət yardım işlərinə 710 milyon yen, yəni 6.5 milyon dollar xərcləyəcək.

Fukuşimada 2011-ci ildə baş verən zəlzələ sunamiyə səbəb olub. Nəticədə Fukuşima Daiiçi nüvə zavodu dağılıb.

XS
SM
MD
LG