Accessibility links

Yaponiya 65 və yuxarı yaşdakı şəxslərə peyvənd tətbiq edir, Britaniya isə qapanmaları yüngülləşdirir


Yaponiya ölkədə koronavirusun dördüncü dalğası başlaması fonunda yaşlı vətəndaşlarını peyvəndləmə kampaniyasına başlayıb.

Ölkə daxilində təxminən 120 mərkəz bazar ertəsindən etibarən 65 yaşdan yuxarı şəxslərə Pfizer-Biontec vaksinini tətbiq etmək üçün fəaliyyətə başlayıb.

Rəsmilər iyun ayının sonuna qədər təzminən 100 milyon doza peyvəndin gəlməsini gözlədiklərini və bunun da ölkədəki 36 milyon yaşlı sakinə tətbiq etmək üçün yetərli olacağını bildirir. Yaponiya iyulun 23-də başlayacaq Tokio Olimpiadası üçün mümkün qədər çox insana peyvənd vurmağa çalışır.

Tokio Qubernatoru Yuriko Koike ərazidəki bar və restoranlara normal iş saatlarını azaltmağa göstəriş verib, sakinlərə 11 may taxirinə qədər vacib olmayan səyahətlərə çıxmamağı tövsiyə edib.

Yaponiyanın bir çox bölgəsində koronavirusa yoluxmaların artması səbəbindən fövqəladə vəziyyət elan edilib. Bu bölgələrin bir çoxunda Olimpiya məşəlinin ölkədəki ənənəvi estafeti üçün qurulan planlar qarışıq vəziyyətdədir.

Bu arada Britaniya ölkədə virusun daha yoluxucu veriyasının yayılması səbəbindən elan edilən üç aylıq ciddi qapanmaları yumuşaltmağa başlayıb.

Minlərlə idman, bərbər salonu, pərakəndə satış mağazası, heyvanat parkı yenidən fəaliyyətə başlayıb. Bar və restoranlar isə yalnız açıq havada xidmətlə məhdudlaşır.

Mövcud nizamlamalar öz qrapifi üzrə hərəkət edən Şotlandiya, Uels və Şimali İrlandiyaya da aiddir.

Cohns Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, Britaniya 127.331 ölüm 4.3 milyon təsdiqlənmiş yoluxma halı ilə dünyada altıncı yerdədir.

Ölkədə təxminən 39 milyon doza ilə 7 milyon insana peyvənd tətbiq edilib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG