Yaponiyada 35 yaşlı kişi mükəmməl qadın tapmaq ümidindən vaz keçərək, kompüter personajına evlənmək qərarı verdi.
Gəlinin adı Hatsune Mikudur. O, Yaponiyada minlərlə loyal fanatı olan virtual reallıq ulduzudur.
Bu kompüter personajı proqramlaşdırılmış mahnıları ifa edən 16 yaşlı anime pop ulduzunu təsvir edir.
Hatsune Mikunun yaradıcısı Crypton Future Media bu barədə şərh verməkdən imtina edib.
Toy mərasiminə 18,000 dollar sərf edilib və mərasimdə 40 qonaq olub.