Accessibility links

Yaponiyada fövqəladə vəziyyət elan olunub


Yaponiya çərşənbə axşamı ölkənin bəzi hissələrində fövqəladə vəziyyət elan edib. Bu arada, Britaniyanın baş naziri Boris Conson COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilib. ABŞ rəsmiləri isə epidemiyanın ölkənin bəzi hissələrində yavaşladığına dair işarələr axtarırlar.

Yaponiyanın baş naziri Şinzo Abe Tokio və altı digər prefekturadada fövqəladə vəziyyət elan etmək qərarının insanları həyatlara və iqtisadiyyata ciddi təsir göstərən vəziyyətdən qorumaq ehtiyacına əsaslandığını deyib.

Bir ay davam edəcək fövqəladə vəziyyət rəsmilərə insanları evdə qalmağa çağırmağa imkan verəcək. Bundan əlavə hökümət 1 trilyon dollara yaxın yardım paketi təqdim edəcək.

Conson bazar günü simptomları o, izolyasiyada ikən pisləşəndən sonra xəstəxanaya yerləşdirilib. Bazar ertəsi ofisi onun vəziyyətinin pisləşdiyini və onun reanimasiya şöbəsinə köçürüldüyünü, amma süni nəfəs aparatı taxılmadığını bildirib.

Britaniyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Bazar günü 600, bazar ertəsi isə 400 nəfər həyatını itirib.

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 11000-i keçib və bununla ABŞ koronavirusdan ən çox insanın öldüyü ölkələr sırasında İtaliya və İspaniyadan sonra üçüncü yerdədir.

ABŞ-da ölüm hallarının 40 faizindən çoxu Nyu York ştatında, əksəriyyəti ilə Nyu York şəhərində baş verib. Ştatın qubernatoru Endrü Kuomo koronavirusun qarşının alınmasında potensial irəliləyişin olduğunu bildirib, çünki xəstəxanaya yerləşədirilən və kritik dərəcədə xəstə olan pasientlərin sayında azalma müşahidə edilib.

Lakin o, sosial məsafə qaydalarını davam etdirməyin vacibliyini vurğulayıb və məktəblər və mühüm olmayan bizneslərin bu ayın sonunadək bağlı qalacağını elan edib.

Cənubi Koreyada sabit irəliləyiş müşahidə olunur. Orada çərşənbə axşamı 47 yeni yoluxma halı qeydə alınıb. Lakin rəsmilər bu trendin dəyişə biləcəyindən narahatdır və bu səbəblə insanları evdə qalmağa çağırır.

Bundan əlavə, virus səbəbilə özünü təcrid edən insanlara elektron qolbağın taxılması nəzərdən keçirilir.

Bazar ertəsi ABŞ-ın Vest Virciniya ştatında da buna bənzər qayda qəbul edilib. Orada hakim yerli hüquq-mühafizə orqanlarının testlərinin nəticələri müsbət çıxan, lakin digərlərini qorumaq məqsədilə özünü təcrid etməkdən imtina edən insanlara nəzarət etmək üçün onların ayaq biləklərinə elektron cihazların taxılmasını təsdiq edib.

Bəzi Avropa ölkələrində əldə olunan irəliləyişlər nəticəsində onlar karantin tədbirlərinin yüngülləşdirilməsi üçün ilkin addımlar atıblar.

Danimarka da Avstriya kimi aprelin 15-dən etibarən uşaq bağçaları və ibtidai məktəbləri açacağını, orta və yuxarı sinif şagirdləri üçün isə məktəblərin mayın 10-da açılacağını elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG