Cümə günü Yaponiyanın Osaka şəhərindəki psixiatriya klinikasında baş verən yanğın nəticəsində ən azı 27 nəfərin öldüyü bildirilir. Yerli medianın məlumatına əsasən polis qəsdən yanğın törətmək şübhəsi ilə bağlı araşdırma apardığını bildirir.
Asahi televiziyasının məlumatına əsasən yaralalananlardan 9 nəfər xəsətəxanada həyatını ititib.
Kyodo News istintaqda iştirak edən şəxslərə istinadən xəbər verir ki, polis yanğının törədilməsində şübhəli bilinənləri, o cümlədən binada yanğının bir nəfər tərəfindən başladığına dair xəbərləri araşdırır.
Yerli qəzetlər klinikada xəstə olaraq qeydiyyatda olan bir yaşlı kişinin binaya çantada alışqan və sızan maddə gətirdiyini yazır.
Yanğın qısa müddət sonra klinikadan yandakı çoxmərtəbəli ofis binasının dördüncü mərtəbəsinə keçib. Ofis saat 10-da açılıb və yarım saat ərzində yanğın söndürülməyə çalışılıb.
NHK televiziya yayım şirkətinin videolarında binanın dördüncü mərtəbəsinin pəncərələrindən və damdan tüstü çıxdığı görünür.
"Mən bayıra baxanda binanın dördüncü mərtəbəsinin pəncərəsində narıncı alovlar gördüm. Bir qadın altıncı mərtəbənin pəncərəsindən əl edirdi" deyə yaxınlıqdakı şirkətdə işləyən 36 yaşlı qadın Kyodo-ya bildirib.
NHK telekanalı bildirir ki, Osakanın qatar stansiyasından çox uzaqdakı ticarət və əyləncə rayonunda yerləşən binada gözəllik salonu, geyim mağazası və ingilis dilli məktəbi də var.
Hələ 2019-cu ildə Kyoto şəhərində bir animasiya studiyasının qəsdən yandırılması nəticəsində 30-dan çox insan həlak olmuş, onlarla insan yaralanmışdı.