Accessibility links

Yaponiyada nüvə böhranı dərinləşir


Yaponiyada nüvə böhranı dərinləşir
Yaponiyada nüvə böhranı dərinləşir

Yaponiyada zəlzələnin zədələdiyi atom elektrik stansiyası ətrafında böhran dərinləşməkdədir. Radiasiya səviyyəsinin qalxması rəsmiləri sonuncu texnikləri stansiyadan evakuasiya etməyə məcbur edib.

Milli televiziyada helikopterlərin Fukuşima nüvə stansiyasının üçüncü reaktoruna su tökməyə hazırlaşdıqları göstərilib. Məqsəd temperaturu azaltmaq və nüvə yanacağı naqillərinin əriməsinin qarşısını almaq idi. Lakin sonradan hərbçilər radiasiyanın yüksək olduğuna görə bu plandan vaz keçiblər. Baş kabinet katibi Yukio Edano deyib ki, zədələnmiş reaktora yerdən su vurmaq üçün hazırlıq işləri görülür.

Bu gün səhər Fukuşimanın döürdüncü reaktorunda yanğın baş verib. İki saat davam edən yanğının ardınca səmaya ağ tüstü qalxıb. Nüvə stansioyasından 240 kilometr cənjbda, Tokyoda radiasiya aşkar olunub. Yukio Edano ağ tüstünün nüvə özəyinin əriməsi nəticəsində əmələ gələn buxar olduğunu bildirib.

Reaktorlara okean suyu vuran 50 yanğınsöndürücü radiasiya şüalarından qorunmaq üçün obyektdən köçürülüb. Lakin günortayadək radiasiyanın qismən düşdüyü müəyyən edilib. Stansiyanın 30 kilometr radiusunda müəyən edilən radiasiya səviyyəsinin insan sağlamlığına təhlükə yaratmadığı bildirilib.

XS
SM
MD
LG