Accessibility links

Yaponiyada parlament seçkiləri keçirilir


Bu gün Yaponiyada parlamentin yuxarı palatası üçün keçirilən seçkilərdə baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hakim koalisiya qalib gəlir. Koalisiyanın tərkibinə Liberal-Demokrat və “Yeni Komeyto” partiyalarının daxil olub.

Exit-poll-un nəticələri hakim koalisiyanın qalib gəldiyini iddia edir.

Yerli vaxtla saat 07.00-da başlayan səsvermənin başa çatmasına 2 saat qalmış seçici fəallığı 32,49 faiz olub.

Yaponiya parlamentinin yuxarı palatasının 242 üzvü var və onların yarısı hər 3 ildən bir yenidən seçilməklə, 6 il müddətinə seçilirlər. Hazırkı seçkilərdə 389 namizəd 121 yer uğrunda mübarizə aparır.

Hakim koalisiya parlamentin yuxarı palatasında tək çoxluğu saxlamaq yox, Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsinin maneəsiz qəbulu üçün yerlərin 2/3-nə sahib olmağı qarşısına məqsəd qoyub.

XS
SM
MD
LG