Accessibility links

Yaponiyada güclü zəlzələ olub


Yaponiyada güclü zəlzələ olub
Yaponiyada güclü zəlzələ olub

Seysmoloqlar 2012-ci ilin ilk saatlarında Yaponiyada 7 bal gücündə şiddətli zəlzələ baş verdiyini bildirirlər. Amma, təlafat olmayıb və sunami xəbərdarlığı verilməyib.

ABŞ Geoloji Araşdırmalar İnstitutu zəlzələnin episentrinin Tokiodan 486 kilometr cənubda yerləşən İzu adalarında olduğunu bildirir. Zəlzələ 371 kilometr dərinlikdə baş verib.

Yaponiya Meteorologiya Agentliyi zəlzələnin Yaponiya vaxtı ilə günorta saat 14:28-də baş verdiyini xəbər verir. Zəlzələ Tokioda binaların titrəməsinə səbəb olub.

Xatırladaq ki, martın 11-də Yaponiyanın şimal şərqində baş vermiş zəlzələ və sunami nəticəsində 20000 adam həlak olub və ya itkin düşüb.

XS
SM
MD
LG