Accessibility links

Yaponiyada restoranda partlayış nəticəsində 42 nəfər xəsarət alıb


Yaponiyanın şimal Hokkaydo adasında restoranda baş verən partlayış nəticəsində 42 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Təhqiqatı davam etdirən polis rəsmilərinin bildirdiyinə görə, Hokkaydo adasının paytaxtı Sapporo şəhərində yerləşən ikimərtəbəli restoranda partlayış bazar günü gecə saatlarında baş verib.

Yaponiyanın ictimai televiziya kanalının yaydığı videoda əvvəlcə binadan tüstü çıxdığı, daha sonra isə binanın dağıldığı görünür.

Ərazidə yaşayan sakinlər partlayışdan öncə ərazidə qaz iyi hiss etdiklərini, partlayış nəticəsində isə yaxınlıqdakı binaların pəncərələrinin titrədiyini deyirlər. Partlayışın baş verdiyini restoranın yaxınlığındakı avtomobillər binanın dağıntılar altında qalıb.

Şəhər rəsmiləri partlayışın təkrarlana biləcəyi xəbərdarlığı yaydıqdan sonra sakinlər üçün sığınacaqlar quraşdırıb.

XS
SM
MD
LG