Accessibility links

Yaponiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb


Yerli rəsminin bazar günü verdiyi məlumata görə, Yaponiyanın kurort şəhəri olan Atamidə baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 çatıb. Yüzlərlə xilasedici hələ də itkin olan onlarla sakinin axtarışını davam etdirir.

“Həftə sonu daha iki nəfərin öldüyü təsdiqləndi və bununda qurbanların ümumi sayı 15-ə çatdı,” fövqəladə vəziyyətin idarəolunma qurumunun sözcüsü Yuta Hara AFP-yə bildirib.

Rəsmi deyib ki, on dörd nəfər hələ də itkindir.

İyunun 3-də kurort şəhərdə baş verən torpaq sürüşməsi nəticəsində onlarla ev dağılıb.

Hadisə Tokiodan 90 kilometr cənub-qərbdə yerləşən Atami və ətrafında günlərlə davam edən leysan yağışlardan sonra baş verib.

Daşqınlar olduğu zaman Yaponiyada yağış sezonu idi və ölkə torpaq sürüşməsi təhlükəsinə açıq idi, çünki evlər torpağın leysan yağışlardan sonra yumşayıb, dağıla biləcəyi yamaclarda tikilib.

Alimlər deyir ki, bundan əlavə iqlim dəyişikliyi də ölkədəki yağış mövsümünü intensivləşdirir, çünki isti atmosfer daha çox su tutur.

Sözçü deyib ki, təxminən 1300 polis zabiti, yanğınsöndürən, əsgər və sərhəd mühafizə idarəsinin üzvünün cəlb olunduğu xilasetmə və axtarış işləri hələ də davam edir.

XS
SM
MD
LG