Accessibility links

Yaponiyada vulkan püskürüb


Yaponiyanın cənubunda yerləşən Kyuşu adasındın insanları çərşənbə günü ikinci dəfə püskürən vulkanı diqqətlə izləyib.

Yaponiyanın Meteorologiya agentliyindən verilən məlumata görə, Shinmoedake vulkanı püskürməsi nəticəsində yaxınlıqdakı Kirishima şəhəri qalın tüstü və külə bürünüb. Buna görə insanlardan qoruyucu maskalar taxması tələb edilib.

Qalın tüstü və kül səbəbindən çərşənbə axşamı təxirə salınan təyyarə uçuşları çərşənbə günü yenidən bərpa edilib.

Axşam saatlarında vulkanın püskürmə intensivliyi sürətlənib.

Bu günə qədər əldə olunan məlumata görə, təbii fəlakət nəticəsində heç bir ağır yaralanma faktı qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG