Accessibility links

Yaponiyada yeni Reyva erası başlayır


Yaponiyada yeni Reyva erası başlayır
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Yaponiya boyu insanlar yeni İmperator Naruhitonun çərşənbə günü rəsmi olaraq vəzifəsinin icrasına başlamasının ardınca yeni Reyva erasına daxil olub.

Yaponiyada yeni era qeyd olunur: Reyva. Bu, ölkənin növbəti imperatoru Naruhitonun taxtda oturacağı zamana aiddir.

Reyva sözü Yaponiya boyu hər yerdə yazılıb. Artıq Reyva sakeləri, yəni ənənəvi yapon spirtli içkiləri və nəhəng xəttatlıq şouaları hazırlanır.

Reyva
Reyva

Naruhitonun atası bir gün öncə taxtını təhvil verib. O, son 200 ildə taxtından imtina edən ilk imperatordur.

Naruhitonun imperator kimi ilk olaraq dünyaya sülh arzulayıb.

“Mən söz verirəm ki, hər zaman insanlar barədə düşünəcəm və onlara yaxın olaraq Yaponiya dövlətinin və Yaponiya xalqının birliyinin simvolu olaraq konsitusiyaya müvafiq olaraq öhdəliklərimi yerinə yetirəcəm”, Yaponiyanın imperatoru Naruhito bildirib.

Ona Yaponiyanın “Üç Müqəddəs Xəzinəsindən” ikisi, xəncər və qiymətli daş təqdim olunub.

Faktiki olaraq Yaponiyada taxt yoxdur. “Payızgünü Taxtı” sözü isə Qərbdə istifadə olunan metafordur.

Üçüncüsü güzgü olan bu xəzinələrin özləri imperatorun hakimiyyətinin simvollarıdır.

Mən söz verirəm ki, hər zaman insanlar barədə düşünəcəm və onlara yaxın olaraq Yaponiya dövlətinin və Yaponiya xalqının birliyinin simvolu olaraq konsitusiyaya müvafiq olaraq öhdəliklərimi yerinə yetirəcəm.
Naruhito

Sabiq imperator Akihito tez-tez İkinci Dünya Müharibəsinin buraxdığı izləri silməyə çalışan fiqur hesab edilirdi.

Onun oğlu dəfələrlə imperiya ənənələrini pozub.

Naruhito müharibədən sonra dünyaya gələn, yalnız valideynləri tərəfindən böyüdülən və universitet bitirən ilk Yaponiya impertorudur.

O, Oksford Universitetində oxuyub.

Daha sonra o, saray rəsmilərinə qarşı çıxaraq, gələcək imperatriçə Masako ilə evlənib. Masako böyük xarici təcrübəsi olan diplomat olub.

Naruhitonun qızı Aiko ilə yaxın münasibəti var və o, kişiləri uşaqlarının həyatlarında daha aktiv olmağa çağırıb ki, bu, mühafizəkar Yaponiyada adi bir hal deyil.

O həmçinin ətraf mühit müdafiəçisidir və 2015-ci ildə BMT-nin təmiz su üzrə məsləhət şurası onündə çıxış edib.

Naruhito və həyat yoldaşının daha qlobal dünyagörüşünə sahib olacaqlarına dair ümid var.

XS
SM
MD
LG