Accessibility links

Yaponiyada yeni təbii fəlakət: Conqdari tufanı


Yaponiyaya şənbə güclü tufan yaxınlaşdığı üçün 100-dən çox uçuş təxirə salınıb, ölümcül daşqınlardan daha yeni qurtulan sakinlər isə çay sahillərinə qum torbaları yerləşdirib və evakuasiyalara hazırlıq görüb.

Conqdari qasırğasının şənbə axşam və ya bazar səhər saatlarında quruya çatacağı gözlənilirdir. Conqdari koreya dilində “torağay”deməkdir.

Yaponiya Metereoloji Agentliyinin verdiyi məlumata görə, bazar gündüz saat 12-ədək 24 saat ərzində Honşu adasında Tufanla bərabər güclü yağışlar da yağacaq, Tokio ətrafında 400 mm yağışın yağacağı gözlənilir.

Bu ayın əvvəli Yaponiyanın qərbində 200-nəfərin ölümü ilə nəticələnən daşqın və torpaq sürüşmələrinin baş verdiyi regionlarda leysan yağışların olacağı ehtimalı yüksəkdir. Bu səbəbədən də agentlik sakinləri mümkün təxliyyələrə hazır olmağa çağırıb.

Son 36 ildə Yaponiyada baş verən bu ən pis təbii fəlakət zamanı ən çox ziyanın dəydiyi Mabidə işçilər leysan yağışlar nəticəsində çayın daşaraq daha çox sellərə səbəb olmasının qarşısını almaq məqsədilə ağır avadanlıqlardan istifadə edərək, çayın sahilinə torpaq torbaları yığıb.

Yaponiya Hava Yolları Tokiodakı Haneda və digər hava limanlarında 107 uçuşu təxirə saldığını bildirib.

Tokio ərazisində bir sıra yay festivalları təxirə salınıb. Buna şənbə gecəyə planlaşdırılan məşhur Sumidaqava çayı üzərində atəşfəşanlıq festivalı daxildir.

İyulda Yaponiyada ard-arda bir neçə təbii fəlakət baş verib. Buna rekord istilər daxildir ki, nəticədə azı 80 nəfər ölüb, 20 mindən çox insan isə xəstəxanaya yerləşdirilib. Bazar ertəsi Tokio ətrafında temperatur 41.1 dərəcəyə qalxıb.

XS
SM
MD
LG