Accessibility links

Yaponiyalı biznesmen Aya səyahət edən ilk sərnişin olacaq


Yaponiyalı biznesmen Aya səyahət edən ilk sərnişin olacaq
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Ay ətrafında fəza səyahəti edəcək ilk şəxs yaponiyalı milyarder Yusaku Maezavadır. İlon Mask onun adını xüsusi mərasimdə açıqlayıb.

Yusaku Maezava, Yaponiyalı biznesmen: “Sizə deyə bilərəm ki, mən Aya uçacam!”

Yusaku Maezava Zozotown adlı Yaponiya online geyim dükanının təsisçisisi və icraçı direktorudur. İndi isə o, Ayı yaxından görmək istəyir. Maezava bunu SpaceX-in Big Falcon raketi ilə edəcək.

Bu missiya 2023-cü ilə planlaşdırılıb. Həmin tarix fəza səyahətlərinin kommersiyalaşdırılması üçün vacib bir mərhələdir.

İlon Mask, SpaceX şirkətinin rəhbəri: “Açıq danışsaq, bu təhlükəlidir. Yeni texnologiya ilə ilk uçuşdan söhbət getdiyindən, xüsusilə də dərin fəzadan danışdığımızdan buna razılaşdığın üçün sən çox cəsarətli olmalısan. Bu kiçik bir şey deyil.”

Maezava həm də bildirib ki, həmin uçuşda ona qatılmaq üçün 6-8 məşhur sənətçi üçün yer alıb. Lakin milyarder həmin şəxslərin adlarını açıqlamayıb.

Yusaku Maezava: “Əgər məndən xəbər eşitsəniz, xahiş edirəm mənim dəvətnaməmi qəbul edin.”

Maezava Yaponiya biznes aləminim ən səs-küylü simalarından biridir.

O daha öncə pank qrupunda zərb alətləri ifaçısı olub. Bununla bərabər biznesmen Jan Mişel Baskiyanın rəsm əsərinə 100 milyon dollar ödəyib.

Lakin Maezavanın Ay səyahətinə qədər, SpaceX raketi hazır etməlidir.

İlon Mask Big Falcon-u şirkətin ən böyük və ən gücü raketi adlandırıb.

Bu raketlə Aya turizm səyahətləri yalnız başlanğıcdır. Mask nəticədə həmin raketlə insanların Marsa səfər edə bilməsini istəyir.

Daha öncə Mask Big Falkon raketinin 2022-də Marsa pilotsuz uçuş etməsini, iki ildən sonra isə uçuşu heyətlə etməsini planlaşdırdığını demişdi.

Bəs Ay səyahəti üçün Maezawa nə qədər pul ödəyib?

Milyarder bunu sirr olaraq saxlayır.

Lakin Mask deyir ki, biznesmenin şirkətə etdiyi “əhəmiyyətli depozit” Big Falkon raketini hazırlamağa kömək edəcək.

XS
SM
MD
LG