Məşhur yaponiyalı sahibkar SpaceX adlı fərdi şirkətə məxsus fəza gəmisi ilə Aya səyahət edəcək ilk sərnişin olması üçün müqavilə imzalayıb.
SpaceX şirkətinin sahibi və baş icraçı direktoru İlon Mask Yusaku Maezavanı bazar ertəsi axşam Kaliforniyanın Havthorn şəhərində, şirkətin baş qərərgahında keçirilən mərasimdə təqdim edib.
“Mənim üçün bu layihə olduqca dəyərlidir. Mən Aya səyahət edən ilk fərdi sərnişin olmağın nə qədər dəyərli olması haqda uzun zaman və çox götür-qoy etdim. Eyni zamanda, mən bəşəriyyətə necə kömək edə biləcəyim və bunun dünyada sülhə nail olmağa necə kömək edə biləcəyi haqda düşündüm. Bu mənim həyatımda ən böyük arzum idi”- deyə, milyarder biznesmen Yusaku Maezava bildirib.
Yaponiyanın Zozo adlı geyim pərakəndə satış şirkətinin sahibi milyarder biznesmen 2023-cü ildə şirkətin Big Falcon Raketi ilə Ay ətrafında dövrə vuracaq.
Maezavanın bu səyahət üçün ödədiyi pulun dəyri açıqlanmayıb. Mask deyib ki, bu məbləğ yeni raketin yaradılması üçün xərcləri qarşılamaq üçün istifadə ediləcək.
42 yaşlı Maezava Ay missiyasının "bizim hər birimizin xəyalarımızı ilhamlandırması məqsədi ilə sənət əsəri yaratmaq üçün altı-səkkiz nəfər sənətçidən ibarət qrupu özü ilə səyahət etməyə dəvət edəcəyini" deyib.