Accessibility links

Yaponiyanın baş həkimi: Peyvənd olmadan Olimpiya oyunlarının keçirilməsi çətin olacaq


Yaponiya Tibb Birliyinin rəhbəri koronavirus peyvəndi olmadan gələn il planlaşdırılan Olimpiya oyunlarını keçirməyin ölkə üçün çətin olacağını açıqlayıb.

"Yaponiya Olimpiya oyunlarını keçirməli və ya keçirməməlidir, demirəm, amma bunu etmək çətin olacaq" - deyə, Yoşitake Yokokura bildirib. "Effektiv bir peyvənd tapılmasa, Olimpiya oyunlarını keçirməyin çətin olacağını gözləyirəm", o əlavə edib.

Təşkilatçılar dünyanın hər yerindən minlərlə idmançını cəlb edən və bu ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan idman yarışlarını pandemiya səbəbindən təxirə salmağa məcbur olub.

Tokioda 2020 Olimpiya Oyunlarının keçirilməsi üçün tikilmiş yeni Milli Stadion
Tokioda 2020 Olimpiya Oyunlarının keçirilməsi üçün tikilmiş yeni Milli Stadion

Hazırda bir çox ölkə vaksinlərin hazırlanması üzərində işləyir, lakin mütəxəssislər vaksin namizədlərinin həm təhlükəsizliyini, həm də effektivliyini sınamaq, həmçinin istehsal prosesinin 12-18 aya qədər davam edə biləcəyini bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi Ofisinin direktoru Əhməd Əl-Mandhari çərşənbə axşamı keçirilən brifinqdə "ölkələr arasında birlik və əməkdaşlıq" üçün bundan daha yaxşı vaxt olmadığını deyib.

"Dərman və peyvəndlər üzərində iş getdikcə, onların bütün ölkələr və insanlar arasında bərabər şəkildə paylanmasını təmin etməkdə qərarlıyıq" - deyə, o vurğulayıb.

Koronavirusun yayılması rəsmi şəxslər tərəfindən milyardlarla insanın müxtəlif karantin rejimləri altında saxlanması və zəruri olmayan müəssisələrin bağlanması kimi qərarlarin verilməsinə gətirib çıxarıb. məcbur edib.

Bu, işsizliyin artması, gəlirlərin kütləvi şəkildə azalması və hökumətlərin virusun yayılmasının dayandırılması və iqtisadi narahatlıqlar arasında balans tapmağa çalışması ilə nəticələnib. Bəzi hökumətlər insanlara maddi yardım etmək və biznesləri qorumağa kömək etmək üçün maliyyə xilasetmə paketləri tətbiq ediblər.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Mark Lovkok mütəxəssislərin pandemiyanın hələ planetin ən yoxsul bölgələrinə çatmadığı bir zamanda dünyada ən çox ehtiyac içində olan insanları üçün gəlir, qida və səhiyyə yardımı təmin etmək üçün 90 milyard dollar yardım ayrılmasını təklif edib.

O bildirib ki, 30-40 ölkədə 700 milyon insan var ki, müəyyən səviyyədə humanitar yardım alırdı və infeksiyanın yayılması ilə əlaqdar tətbiq edilmiş karantin tədbirlərinə görə gəlirlərin necə azalacağını görəcəklər.

"Çatdırmaq istədiyim fikir budur ki, çox insanların əziyyətləri və həyat itkisinin qarşısı mümkün ola biləcək maddi vəsaitlə alına bilər" - deyə, o qeyd edib.

Lovkok maliyənin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq qurumların birləşməsindən, həmçinin hökumətlərin birdəfəlik yardım paketlərindən əldə edilə biləcəyini açıqlayıb.

Cons Hopkins Universitetinin statistikasına görə, dünyada təsdiqlənmiş koronavirusa yoluxma halları 3 milyonu keçib və qeydə alınan ölümlər 211 mini ötüb.

XS
SM
MD
LG