Accessibility links

Yaponiyanın baş naziri istefa verib


Yaponiyanın baş naziri Şinzo Abe səhhətində olan problemlər səbəbi ilə istefa verib.

Cümə günü Tokioda jurnalistlərə açıqlama verən baş nazir 2007-ci ildən bəri bağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün vəzifədən getmək qərarına gəldiyini deyib.

Abeninin vəzifə müddəti 2021-ci ilin sentyabr ayında başa çatacaqdı. Lakin indi yeni baş nazir vəzifəsini icra edəcək yeni bir partiya liderinin parlament tərəfindən seçilib təsdiqlənməsinə qədər qalması gözlənilir.

Baş nazirin istefası ilə bağlı mübahisələr bu ilin əvvəlində Tokiodakı xəstəxanaya sağlamlıq müayinəsi üçün getdikdən sonra ortaya çıxmışdı. Lakin o vaxt xəstəliklə bağlı heç bir detal açıqlanmamışdı.

65 yaşlı Şinzo Abe gənc yaşlarından bağırsaq xəstəliyindən əziyyət çəkdiyini etiraf edib. Buna görə uzun müddət müalicə aldığını bildirib.

Bu həftənin bazar ertəsi Abe əmisi Eisaku Satonun rekordunu qıraraq Yaponiyanın ən uzun müddət vəzifədə olan baş naziri olmuşdu.

Tokionun səhm birjası bu xəbərin ardınca cümə günü 1,5 faiz geriləmə ilə həftəni başa vurub.

XS
SM
MD
LG