Accessibility links

Yaponiyanın Baş naziri Yoşihide Suqa istefa verir 


Yaponiyanın Baş naziri Yoşihide Suqa cümə günü hakim Liberal Demokrat Partiyasının başqanlığına namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Koronavirus pandemiyası ilə mübarizədən sonra siyasi taleyi kəskin şəkildə sual altına düşən Suqa bu açıqlamanı Tokiodakı qısa bir mətbuat konfransı zamanı edib.

Suqa ötən ilin sentyabr ayında sələfi Şinzo Abenin sağlamlıq səbəbilə vəzifədən getdiyi zaman baş nazir vəzifəsinə keçmişdi.

Çiyələk fermerinin oğlu Suqa Yaponiyanın hakim Liberal Demokrat Partiyası ilə dərin əlaqələrə sahib idi.

Bununla birlikdə, o, pandemiyaya yanaşması ilə əlaqədar həm ictimaiyyətdən, həm də LDP daxilində geniş yayılmış tənqidləri dəf edə bilməyib.

Tənqidlərin çoxu onun geniş yayılmış ictimai etirazlara baxmayaraq bu yay Tokio Olimpiadasını keçirmək qərarına əsaslanır. İyulun sonlarında Olimpiya Oyunları başladıqdan qısa müddət sonra Yaponiya ən pis koronavirus epidemiyası ilə üzləşib.

Xəstəliyi nəzarətə götürmək üçün tətbiq edilən fövqəladə vəziyyətin təsiri az olub. COVID-19-a yoluxma hallarının sayı Yaponiya standartlarına görə yüksək olaraq qalmağa davam edir, baxmayaraq ki, virusun ölüm nisbəti bir çox inkişaf etmiş ölkələrlə müqayisədə nisbətən aşağıdır.

İctimai yayımçı NHK-nın son rəy sorğusunun nəticələrinə görə, Yaponiya xalqının təxminən 60%-i Suqanın virusla mübarizəsindən narazıdır. Respondentlərin təxminən 57%-i hökumətin iddia etdiyi kimi Olimpiadanın təhlükəsiz keçirilmədiyini deyib. Bir çoxları, son vaxtlar Yaponiyada sürətlənməyə başlayan vaksinasiya səylərindən də narazıdır.

Yaponiyanın Kanaqava Universitetində çalışan Kori Vollas Suqanın, müəyyən mənada, ən böyük probleminin ünsiyyət bacarıqlarının olmamasının olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG