Yaponiyanın kosmik raketi üç il yarımlıq bir müddətdən sonra asteroidə çatıb. Bu raket dərin fəzada 300 milyon kilometr yol qət edərək ilk dəfə olaraq qayalı səthdə krater yaradaraq nümunələr toplayıb, onları Yer Kürəsinə gətirəcək.
Yaponiyanın Aerokosmik Kəşfiyyat Agentliyi bildirir ki, Hayabusa2 kosmik raketi çərşənbə günü Ryugu asteroidindən 20 kilometr yuxarıdakı əraziyə daxil olub.
Növbəti 18 ay ərzində kosmik raket Ryugunun şəkillərini çəkəcək, daha sonra isə yeraltı materialların nümunələrini toplayacaq. Hayabusa2 2020-ci ilin ikinci yarısında Yer kürəsinə dönəcək.
2003-cü ildən 2010-cı ilədək davam edən Yaponiyanın ilk Hayabusa asteroid missiyası bir çox texniki problemlərlə üzləşməsinə baxmayaraq Yer kürəsinə asteroid nümunələri gətirən ilk kosmik raket olaraq tarixə keçib.