Accessibility links

Yaponiyanın yeni İmperatorunun taxta çıxması münasibətilə Bakıda qəbul təşkil edilib


İyunun 19-da Yaponiyanın Azərbaycandakı səfirliyi İmperatorun taxta çıxması münasibətilə qəbul təşkil edib.

Qəbulda Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori bildirib ki, bu il aprelin 30-da İmperator Akihito 30 il imperatorluq etdikdən sonra taxtdan imtina edib və mayın 1-də vəliəhd şahzadə Naruhito 126-cı imperator elan olunub.

Onun sözlərinə görə, yeni imperatorun taxta çıxması ilə Yaponiyada yeni eranın, "Reiva"(Gözəllik və Harmoniya) erası başlayıb.

Diplomat qeyd edib ki, Yaponiyadakı İmperator ailəsi dünyanın ən uzunömürlü irsi monarxiyası sayılır.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan səfir bildirib ki, Yaponiya hökuməti Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Yaponiya ilə Azərbaycanın siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı daha da dərinləşib.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Azərbaycan-Yaponiya əlaqələrində dinamika müşahidə edilir. İki ölkə arasında siyasi etimad mövcuddur. Yaponiya beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir.

"Azərbaycan Yaponiya ilə iqtisadi, kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsində əməkdaşlıqda maraqlıdır", - deyən nazir əlavə edib ki, Yaponiya Azərbaycana investisiya yatıran ölkələrindən biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG