Accessibility links

Yaponiya birgə hərbi təlimləri davam etdirəcək


Yaponiyanın müdafiə naziri Itsunori Onodera
Yaponiyanın müdafiə naziri Itsunori Onodera

Prezident Donald Trampın Şimali Koreya lideri Kim Conq Unla apardığı danışıqlardan sonra bəzi hərbi təlimləri dayandırmaq qərarına münasibət bildirən Yaponiya tərəfi Birləşmiş Ştatlar və Cənubi Koreya qüvvələri ilə ortaq keçirilən hərbi təlimlərlə bağlı Yaponiyanın mövqeyində dəyişiklik olmadığını bildirib.

Cümə günü mətbuat konfransında çıxış edən Yaponiyanın müdafiə naziri Itsunori Onoderanın sözlərinə görə, regional sülh və sabitliyin qorunmasında üç ölkə arasında olan müdafiə əməkdaşlığının əhəmiyyəti böyükdür.

Dayandırılması nəzərdə tutulan təlimlər hələlik prezident Trampın qərarından təsirlənməyib və rutin təlim proqramından da daha yaxşı şəkildə davam etdirilir.

XS
SM
MD
LG