Accessibility links

Yaqub Zurufçu koronavirusa yoluxub, durumu ağır qiymətləndirilir


Yaqub Zurufçu
Yaqub Zurufçu

Tanınmış müğənni Yaqub Zurufçu koronavirusa yoluxduğuna görə Bakıda "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Klinikanın məlumatına görə, Zurufçunun vəziyyəti ağırdır.

"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmaniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatının dəstəyindədir," klinika bildirib.

Zurufçunun həyat yoldaşı Aynur Zurufçu onun son durmunun ağır-stabil olduğunu deyib.

“Müalicənin gedişi Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın şəxsi nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərov Yaqub müəllimin səhhəti ilə maraqlanıb. Xaricdən mütəxəssislər də dəvət etmək istəyirlər. Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər,” Aynur Zurufçu yerli mediaya bildirib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49 318 nəfərdir.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

XS
SM
MD
LG