Accessibility links

Yardımlıda meşə zolağında yanğın


Azərbaycanın Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir.

Bu barədə avqustun 3-də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələrinin, Mülki Müdafiə Qoşunlarının, Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

Yanğın mürəkkəb dağ relyefi şəraitində baş verdiyindən onun söndürülməsində, əsasən, əl əməyindən istifadə olunduğu, amma avqustun 3-də səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopterinin yanğınsöndürmə işlərinə cəlb olunduğu bildirilir.

Qeyd edək ki, Yardımlı rayonunun Honuba kəndi yaxınlığında meşə zolağında yanğın başlayıb.

Rəsmi məlumatda deyilir ki, ilkin məlumata əsasən, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG