Accessibility links

İran Azərbaycanında tanınmış aşıq Yarməhəmməd İsabəyli həyatını itirib


Yarməhəmməd İsabəyli

İran Azərbaycanının tanınmış aşıqlarından olan dünya şöhrətli aşıq Yarməhəmməd İsabəyli həyatını itirib.

İSNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Zəncan vilayətindən olan və Azərbaycanın qədim aşıqlarından sayılan aşıq Yarməhəmməd İsabəyli fevral ayının 24-də 90 yaşında həyatını itirib.

Aşıq Yarməhəmməd İsabəyli həyatı boyu 75 türk hekayəsini qopuz sazı ilə nəql etmişdir ki, onların 5-i aşığın özünün bəstələdiyi əsərlərdir.

Zəncan vilayətinin Xudabəndə (Qeydar) şəhərinin Bağlıca kəndində həyat yoldaşı ilə birlikdə yaşayan Aşıq Yarməhəmməd İsabəylinin 13 övladı var. Aşığın sənəti bu oğullarından birinə miras kimi qalıb.

Aşıq Yarməhəmməd İsabəylinin adı İran Azərbaycanın Zəncan vilayətindən olan 4 digər aşıq, yəni Aşıq Gülab Əli Davudbəyli, Aşıq Səttar Xudayi, Aşıq Hüseyn İbrahimi və Aşıq Məhəmməd Nəcəfi ilə birlikdə UNESCO-da mənəvi irs kimi qeydə alınıb.

Azərbaycanın ənənəvi şifahi musiqisi 2009-cu ildən etibarən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG