Accessibility links

Yasəmən Qaraqoyunlu: Azərbaycan Milli Hərəkatı milli iradəyə söykənməlidir


Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu Amerikanın Səsinə müsahibəsində 21 Azər Hərəkatının məğlubiyyətinin səbəbləri və tarixi dərslərindən danışıb.

21 Azər Hərəkatı -1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda (İran Azərbaycanı) fəaliyyət göstərən muxtar sosialist hökumət olub. Azərbaycan Milli Hərəkatının paytaxtı Təbriz şəhəri olub. Cəmi bir il mövcud olmasına baxmayaraq, bu hökumət tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdləri edib. Azərbaycan dili muxtar ərazidə dövlət dili elan olunub, paralel olaraq iki Azərbaycan (indiki Azərbayca Respublikası və İran Azərbaycanı) arasında mədəni əlaqələr gücləndirilib.

Amerikanın Səsi: 21 Azər Hərəkatından 74 il keçir. Bu hərəkat Azərbaycan xalqının siyasi baxışlarında hansı dəyişiklik yaradıb?

Yasəmən Qaraqoyunlu: Bu hərəkat Azərbaycan xalqının baxışlarında Bütöv Azərbaycan ideyasının gücləndirilməsində çox aktiv rol oynadı. Yəni, hərəkatın Güney Azərbaycanda siyasi xəritənin cızılmasında, dövlət quruculuğu təcrübəsinin qazanılmasında, eyni zamanda vahid Azərbaycan ənənəsinin, dilinin, kulturunun formalaşmasında çox ciddi izləri var.

Yasəmən Qaraqoyunlu: Azərbaycan Milli Hərəkatı milli iradəyə söykənməlidir
please wait

No media source currently available

0:00 0:08:08 0:00

Amerikanın Səsi: 21 Azər Hərəkatı nəticəsində yaradılan Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri nə oldu?

Bu işğal siyasəti “Parçalanmış xalqların birləşdirilməsi uğrunda” SSRİ öndərliyində hərəkat adlanırdı.


Yasəmən Qaraqoyunlu: Bu süqutun səbəbləri çox keçmişə dayanır. 1907-1908-ci illərdə İran İngiltərə və Rusiya arasında bölünmüşdü. Ondan sonra İran üzərində davamlı olaraq İngiltərə və Rusiyanın təsiri var. İngiltərə mərkəzi fars kimlikli unitar bir İran uğrunda mübarizə aparırıdı. Özəlliklə İngiltərənin burada müasir fars İranını inşa edən bir ideoloqu Ərdəşir Ser Riporter (Söhbət Ser Ərdəşir Riporterdən gedir. Tarixi məlumatlara görə bu şəxsin 1921-ci ildə Rza şahın hökumətə yeridilməsində rolu olub-red) və Əli Firuqi ideoloqluğunda bir fars İranı inşa edildi. İngiltərinin müttəfiqi və İranın neft sektoruna nəzarət edən, neft gəlirlərinin İngiltərəyə axmasına nəzarət edən bir sistem quruldu. Eyni zamanda, bu dönəmdə Rusiya öndərliyində də federativ bir İran qurulması planlaşdırlırdı. Həmişə Gilək Respublikası, Azərbaycana Respublikası, belə bir İran formalaşdırma planı var idi. Burada da məqsəd yenə Rusiya tərəfindən İranın şimalındakı neft bölgələrinə nəzarət edilməsi idi. Amma 1939-ci ildə Rza şah İngiltərədən uzaqlaşaraq Almaniya ilə bir müttəfiqlik siyasəti izləməyə başlamışdı. Bu da İngiltərəinin xoşuna gəlmədi. Rusiya və Almaniya Avropanın bölüşdürülməsi uğrunda mübarizə aparırdı. Eyni zamanda Rusiyanın İranın əyalətlərini işğal etmək siyasəti var idi. 1939-cu ildə artıq Rusiyanın Qərbi Ukrayna, Qərbi Belarusiya və Bütöv Azərbaycan adlı bir projesi var idi. 1939-cu ildə Stalin (keçmiş SSRİ-nin rəhbəri İosif Stalin-red) İranın Güney Azərbaycan bölgəsini işğal etmək siyasətini həyata keçirməyə başlamışdı. Yəni artıq orduda və SSRİ rəhbərliyində hazırlıq gedirdi. Bu hazırlıq və işğal siyasəti “Parçalanmış xalqların birləşdirilməsi uğrunda” SSRİ öndərliyində hərəkat adlanırdı. Yəni SSRİ-nin planı bu idi. Bir daha qeyd edirəm ki, Qərbi Ukraynanın işğalı ilə Ukrayna birləşdirildi, Qərbi Belarusiyanın işğalı ilə Belarusiya birləşdirildi. Növbə Azərbaycanda idi. Bu məqsədlə 1941-ci ildə SSRİ İran ərazilərini işğal etdi. İranın Güney Azərbaycan, Mazandaran, Xorasan, Gilan əyazlətlərini işğal etdi. SSRİ İran ərazilərini işğal edən kimi, İngiltərə də İrana daxil olaraq ölkənin bir bölgəsini işğal etdi. Beləliklə, faktiki olaraq 1907-ci ildə bölünən İran 1941-ci ildə yenidən bölündü. Səbəblərdən biri budur. Bundan sonra SSRİ rəhbərliyi Stalinin və Mir Cəfər Bağırovun (Keçmiş Azərbaycan Kommunista Prtiyasının birinci katibi-red) rəhbərliyi altında Güney Azərbaycanda müstəqil dövlətin qurulması uğrunda bir mübarizə apardı. Bu mübarizəinin başında Mir Cəfər Bağırov və Əziz Əliyev (1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi olub. O, İkinci Dünya Müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana gedib, Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda olub) dururdu.

Quzey Azərbaycanın (indiki Azərbaycan Respublikası-red ) 3816 nəfər yazarı, jurnalisti, hüquqşünası, polisi Güney Aszərbaycana gedib, orada Azrbaycan Milli Hərəkatının başladılmasına aktiv rol oyandılar. Lakin sonda bu hərəkat çökdü. Niyə çökdü? Çünki, yenə də İngiltərə və Rusiya arasında, eyni zamanda ABŞ arasında İran üzərində bir oyun başlanılmışdı. Bu oyunlar nəticəsində İngiltərə İranın bütün neft sektoruna nəzarəti ələ keçirdi. Rusiya da Quzey İrandakı neft sektorunu ələ keçirmək istəyirdi. Məhz Qəvam hökuməti (Əhməd Qəvam-1946-1947-ci illərdə İranın baş naizri olub-red) ilə Stalin hökuməti arasında bağlanan razılaşmaya əsasən SSRİ İranın şimalında, yəni Güney Azərbaycan torpaqlarında neft gəlirlərinin əldə edilməsinə nail oldu. Beləliklə də Azərbaycan Milli Hərəkatını tək buraxdı. Çöküşün əsas səbəbi budur, İranın bölünməsi və neft gəlirlərinin əldə edilməsi.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Azərbaycan Milli Hökumətinin tarixi xəritəsi
Azərbaycan Milli Hökumətinin tarixi xəritəsi

Amerikanın Səsi: 21 Azər Hərakatından sonra dövlət atributları təsis edilib. Bu atributlar indi də yaşadılırmı?

Yasəmən Qaraqoyunlu: Bu atributlar təfəkkürdə və düşüncədə bir az dəyişikliyə uğrayıb. Məsələn, dövlət atributlarından biri bu idi, - Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində danışılması. İndi Güney Azərbaycanda Azərbaycan dili qavramı deyil, Türk dili qavramı milli hərəkatın ən öndə gələn xüsusiyyətlərindən biridir. Eləcə də Güney Azərbaycanın siyasi xəritəsi param-parçadır. Milli sınırlarımız haqqında yenə də Güney Azərbaycan Hərəkatında fərqli anlayışlar var. Amma Güney Azərbaycan müstəqil dövlətçiliyinin formalaşdırlmasının bütün atributları o dönəmdə atıldığına görə, bizim bugünkü mübarizəmiz o atributlara kiçik istisnalarla müraciət edir və söykənir.

Amerikanın Səsi: 21 Azər Hərəkatının Azərbaycan xalqı üçün tarixi dərsləri nədir?

Mərkəzçi türklərlə çevrə türklərinin mübarizəsi birləşməlidir. Biz İran hökumətinə qarşı mübarizə aparırıqsa türklər İran hökumətinin deyil, milli hərəkatın yanında olmalıdır.

Yasəmən Qaraqoyunlu: Hərəkatın çökdürülməsinin səbəbi Stalin hökuməti ilə İran hökuməti anlaşma bağlayandan sonra Rusiyanın bu mübarizənin arxasından çəkilməsidir. Bu, birinci faktordur. İkinci, bu mübarizənin milli hərəkatın yatırımasında Amerika ordusu general Şvarskopfun rəhbərliyi ilə iştirak etdi. Milli Hərəkatın qan içində boğulmasında Amerikanın birbaşa iştirakı var. Bu, ikinci dərsdir. Üçüncü dərs isə milli hərəkatın devrilməsində iştirak edən Qəvam hökuməti, baş nazir Qəvam bir türk idi. Azərbaycan Milli Hərəkatı oradan dərs alır ki, İran baxmayaraq ki, bir fars dövləti idi, amma həmişə türklər bu hökumətdə təmsil olunur. Mərkəzçi Qəvam kimi türklərlə, mərkəzdənqaçan Pişəvəri Hərəkatı (Seyid Cəfər Pişəvəri - 1945-1946-cı illərdə inidki İran Azərbaycanında mövcud olan Azərbaycan Milli Hökumətinin baş naziri-red) kimi bir hərəkat üz-üzə durmuşdu. Çıxardığımız nəticə nə olmalıdır? Mərkəzçi türklərlə çevrə türklərinin mübarizəsi birləşməlidir. Biz İran hökumətinə qarşı mübarizə aparırıqsa türklər İran hökumətinin deyil, milli hərəkatın yanında olmalıdır. Hərəkat millətə söykənməlidir. Onun arxa planında Amerika, Rusiya və ya İngiltərə olursa, o hərəkat hansısa razılaşmalar zamanı müəyyən məğlubiyyətlərə uğraya bilər. Ona görə də hərəkat birinci növbədə özümüzə, milli iradəmizə söykənməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG