Accessibility links

Yaşar Cəfərli: Silahlı qüvvələr demokratik idarəetməyə keçməlidir [Video-Müsahibə]


Yaşar Cəfərli: Silahlı qüvvələr demokratik idarəetməyə keçməlidir
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Yaşar Cəfərli: Silahlı qüvvələr demokratik idarəetməyə keçməlidir

Ehtiyatda olan Zabitlər Birliyi əsgər ölümünə qarşı keçirilən ictimai etirazları dəstəkləyir

“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli Amerikanın Səsinə müsahibəsində əsgər ölümlərinin səbəblərindən danışıb. Onun fikrincə, əsgər ölümlərinin qarşısını almaq üçün orduda ciddi struktur və kadr islahatları aparılmalıdır.

“Silahlı Qüvvələr avtoritar idarəetmədən demokratik idarəetməyə keçirilməlidir”.

O hesab edir ki, orduda xidmət edən əsgər və zabitlərin sosial durumunu yaxşılaşdırmaq üçün hökumət təxirəsalınmaz tədbirlər görməlidir.

“Hərbi büdcənin dəfələrlə artırılması zabitlərin də sosial durumunun dəfələrlə artırlmasına yol açmalıdır”.

Y.Cəfərli əsgər ölümünə qarşı ictmai etirazları dəstəkləyir. Növbəti etiraz aksiyası martın 10-da gözlənilir.

“Bu etirazlar ordu strukturunda islahatlara təkan verəcək”, o qeyd edib.

Y.Cəfərlinin sədri olduğu birlik də martın 9-da Ədliyyə Nazirliyi və müdafiə naziri Səfər Əbiyevin “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən malikanəsinin qarşısında piket keçirilməsi üçün Bakı İcra hakimiyyətinə müraciət edib.

Piket “Məhkəmə qətnamələri icra edilsin!”, “Qanunların aliliyini pozanlar cəzalandırılsın!”, “Pul kompensasiyaları ödənilsin!”, “S.Əbiyevin xaricə çıxışına qadağa qoyulsun!”, “Məhkəmə hakimiyyətini iflic edən məmurlara ar olsun!”, “Pensiya hüququmuz təmin edilsin”, “Qorxaq icra məmurları işdən çıxarılsın”, “Özbaşınalığa son qoyulsun!” və sair bu kimi sosial yönümlü şüarlarla keçiriləcək.

Aksiyalar zabitlərə istifadə olunmamış məzuniyyətə görə vəsaitlərin və cəbhəyanı zonada xidmətə görə əlavə ödənişlərin ödənilməsi haqqında şikayətlər üzrə 17 məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar həyata keçirilir.
XS
SM
MD
LG