Accessibility links

“Siyamək Mirzayi mədəni fəaliyyətləri üzündən 12 il həbs və sürgünə məhkum edilib.” [Audio-Müsahibə]


Yaşar Əsədi
Yaşar Əsədi

ABŞ-da qərargahlanan fəal Yaşar Əsədi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında insan haqları vəziyyəti ilə bağlı danışıb. O, bu yaxınlarda tanınmış türk fəal Siyamək Mirzayi haqqında çıxarılan 10 il həbs və iki illik sürgün cəzasını dəyərləndirib. Əsədi Mirzayinin sadəcə mədəni fəaliyyətlər göstərdiyini və oxunan hökmün “ağır, qanunsuz və ədalətsiz” olduğunu vurğulayıb.

Yaşar Əsədi: Siyamək Mirzayiyə verilən hökm ədalətsizdir
please wait

No media source currently available

0:00 0:14:58 0:00

Tehran vilayətinin Baharistan şəhərinin İnqilab Məhkəməsində mühakimə edilən Siyamək Mirzayi haqqında çıxarılan 6 səhifəlik hökmün surəti vebsaytlarda və sosial mediada dərc edilib. Sənəddə, türk fəalın məqalələri, sosial mediadakı fəaliyyətləri, müxtəlif münasibətlər ilə əlaqədar göndərdiyi təbrik mesajları, habelə qatıldığı tədbirlərə ona qarşı irəli sürülən ittihamların sübutu olaraq geniş yer verilib.

Siyamək Mirzayi
Siyamək Mirzayi

Yaşar Əsədinin dediklərinə görə, “Siyamək Mirzayinin bütün fəaliyyətləri mədəni şəkildə olduğu üçün hakim və təhlükəsizlik qüvvələri heç bir bahanə tapa bilməyib və belə bir hökm çıxarıblar.”

Siyamək Mirzayinin bütün fəaliyyətləri mədəni şəkildə olduğu üçün hakim və təhlükəsizlik qüvvələri heç bir bahanə tapa bilməyib və belə bir hökm çıxarıblar.
Yaşar Əsədi

Sənəddə iddia edilir ki, tanınmış fəal “2006-cı ildə Pantürkist mahiyyətli fəaliyyətlərini davam etməyəcəyinə dair söz versə də, bu növ fəaliyyətlərə davam edib.”

Hökmdə həmçinin yazılıb: “müttəhim türk boylarının siyahısını hazırlamış, İran, Çin, Azərbaycan, Türkiyə və Orta Asiya türklərinin eyni soydan gəldiyini iddia etmişdir...”

Hökmə görə, milli fəalın Tehran vilayətində çəkəcəyi 10 il həbs müddəti bitdikdən sonra, o, 2 illik sürgün cəzasını çəkmək üçün Cənubi Xorasan vilayətinin Təbəs şəhərinə göndəriləcək.

Siyamək Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.

Yaşar Əsədi həmçinin aclıq aksiyası keçirən məhbus Mehdi Kuxiyanın durumu və Urmiyədə 8 aylıq həbs cəzasına məhkum olan türk fəallar haqqında məlumat verib.

Mehdi Kuxiyan qanunsuz şəkildə tutulduğu üçün aclıq aksiyası başlatdığını elan etmişdi. Daha sonra belə xəbərlər gəldi ki dodaqlarını tikərək aclığa davam edir.
Yaşar Əsədi

“Mehdi Kuxiyan Telegram sosial şəbəkəsində bir kanalın məsulu idi. Oradakı fəaliyyətləri ilə bağlı tutulub. Qanunsuz şəkildə tutulduğu üçün aclıq aksiyası başlatdığını elan etmişdi. Daha sonra belə xəbərlər gəldi ki dodaqlarını tikərək aclığa davam edir,” deyə Əsədi söyləyir.

Urmiyə Məhkəməsi Süməyyə Əlidusti, Vəhid Faizpur, Qulam Quluzadə, Meysəm Azadi, Vəhid Nəsibi və Murtaza Zərrini 2013-cü ildə keçirilən Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü tədbiri ilə əlaqədar 8 aylıq həbsə məhkum edib.

Urmiyədə 8 ay həbsə məhkum olan fəallar
Urmiyədə 8 ay həbsə məhkum olan fəallar

XS
SM
MD
LG