Accessibility links

Yaşar Əsədi: İranda milli fəalların sürgün edilməsi psixoloji təzyiq vasitəsidir


Yaşar Əsədi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:15:15 0:00

Tanınmış güney azərbaycanlı fəallar Abbas Lisani və Siyamək Mirzayinin şikayətlərinə baxan Ərdəbil və Tehran vilayətlərinin apellyasiya məhkəmələri onlar barəsində yeni hökmlər çıxarıb. Siyamək Mirzayi haqqında çıxarılan 10 il həbs və iki il sürgün hökmü dəyişdirilərək, 3 il həbslə əvəz edilib, Abbas Lisaninin isə bəraətinə dair hökm çıxarılıb. Güneyli milli fəal Yaşar Əsədi Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Abbas Lisani və Siyamək Mirzayiyə çıxarılmış hökmlər, məhkəmənin gedişi və milli fəalların sürgünündən danışıb.

Yaşar Əsədi Abbas Lisaniyə bəraət hökmü verildikdən sonra keçən il Beynəlxalq Ana dili günündə milli fəalların aksiyaları ilə bağlı gələn həftə Əhərdə daha bir məhkəməyə çağırıldığını və bununla bağlı qərarın gözlənildiyini bildirib.

Siyamək Mirzayinin aclıq aksiyasını qeyd edərək, milli fəalların əvvəllər də həbslərə və hökmlərə etiraz olaraq aclıq keçirdiklərini qeyd edib.

"Məncə, bu aclıq aksiyası çox mühüm bir məsələdir və bütün milli fəallar belə təzyiqlərə, qeyri-qanuni təzyiqlərə məruz qaldıqdan sonra məncə, bu tipli aksiyalar nəticə verir və hakimiyyəti məcbur edir ki, onların mədəni mübarizəsinin qarşısında durmasın."

Siyamək Mirzayi və Abbas Lisani
Siyamək Mirzayi və Abbas Lisani

Yaşar Əsədi milli fəalların məhkəmə prosesi ilə bağlı bəzi məqamları qeyd edib. O, Abbas Lisaninin uzun təkidlərdən sonra ilk dəfə olaraq məhkəmədə müdafiə çıxışını Azərbaycan türkcəsində etməyə nail olduğunu xüsusi vurğulayıb.

Yaşar Əsədi İran məhkəmələrində azərbaycanlı milli fəallara təzyiq vasitəsilə olaraq onlara sürgün hökmləri çıxarılır.

“Bu hökmlər çıxarıldıqdan bəlli idi ki, onlara ruhi, mənəvi, psixoloji basqı qoymaq istəyirlər. Sürgün məsələsi həm məhbus olasan, həm zindanda olasan, həm də sürgündə olasan, bu, çox çətin məsələdir. Öz yerlərində olanda ailələri, bacı-qardaşları rahat gəlib onlarla görüşə bilirlər. Amma sürgündə olanda siz təsəvür edin, Ərdəbil vilayətindən Şiraz vilayətinə hardasa 20-25 saat yoldur, Ərdəbi və Şiraz arasında təyyarə yoxdur. Məcburdurlar ailələri üç-dörd dəfə terminal dəyişələr və özlərini yeritərələr 1-2 saat görüşmək üçün. Bunlar hamısı psixoloji basqıdır hökumət son zamanlar icra edir.”

Yaşar Əsədi deyib ki, bu tipli basqılar milli fəalları susdurmaq məqsədilə göstərilsə də bu, bir nəticə verməyib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG