Accessibility links

Tədqiqatçılar kök hüceyrələri vasitəsilə yaşlanmanın qarşısını alır [Video]


Tədqiqatçılar kök hüceyrələri vasitəsilə yaşlanmanın qarşısını alır
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Əfsanəyə əsasən, ispaniyalı kəşfiyyatçı Xuan Pons de Leon mifik Gənclik Fəvvarəsini axtarırıdı və onun yerinə Floridanı tapdı. Amma belə görünür ki, gənclik fəvvarəsini uzaqda axtarmağa ehtiyac yoxdur. Ola bilsin ki, o, bizim iki gözümüzüm arasında yerləşir. Beynin hipotolamus adlı hissəsindəki kök hüceyrələr insanın yaşlanma prosesini başladır. Nyu-Yorkda yerləşən Albert Enşteyn Tibb Kollecinin tədqiqatçıları bu prosesi yavaşlatmağın yolunu tapıb. Amma hələ ki, onlar bunu siçanlar üzərində tətbiq edə bilib.

Yaşlanma sürəti bədəndəki müəyyən bir yer tərəfindən idarə oluna bilər. Bu da hipotolamusdur. Daha dəqiq desək, yaşlanma sürəti hipotolamusun kök hüceyrələri tərəfindən idarə olunur.
Donqşenq Kai

Alimlər beynin hipotolamus adlı hissəsinin inkişaf, reproduksiya və maddələrin mübadiləsi kimi kritik funksiyaları idarə etdiyini bilirdi.

İndi isə nyu-yorklu tədqiqatçılar hipotalamusun kök hüceyrələrinin həm də bədənin yaşlanmasında böyük rol oynadığını aşkar edib.

“Yaşlanma sürəti bədəndəki müəyyən bir yer tərəfindən idarə oluna bilər. Bu da hipotolamusdur. Daha dəqiq desək, yaşlanma sürəti hipotolamusun kök hüceyrələri tərəfindən idarə olunur. Məncə, bu yeni tapıntı çox maraqlı və diqqətəlayiqdir”, deyə tədqiqatçı Donqşenq Kai bildirir.

Hipotolamus yaşlanmağa başlayanda, bədən də yaşlanır.

“Hipotolamusun funksiyası azalanda, xüsusilə də, hipotolamusun kök hüceyrələri öləndə ki, bununla birlikdə yaşlanmağa qarşı qorunma funksiyası da yoxa çıxır, bədən yaşlanmağa başlayır”.

Bu məlumatla tədqiqatçılar laboratoriya siçanlarını kök hüceyrələri ilə gücləndirməyə çalışıb.

“Biz gənc siçandan alınan hipotalamusun kök hüceyrələrini orta-yaşlı siçana yeritdik ki, yaşlanma prosesini ləngidək. Bunu edəndən sonra siçan daha yavaş yaşlanmağa başladı və bununla yanaşı ömrü də uzandı”, Kai deyir.

Növbəti addım yaşlanmağa qarşı bu prosesin insalara təsir göstərib-göstərməyəcəyini müəyyən etməkdir.

Donqşenq Kai: “Biz heyvanlarda müşahidə etdiyimizi insanlar üzərində tətbiq edə biləsək, insanlar yaşlanma prosesinin gec mərhələlərində, yəni 80,90 və hətta yüz yaşında daha yaxşı hərəkət edib, fəaliyyət göstərə bilər”.

Ən əsası isə bu yenilik həkimlərə yaşa bağlı sağlamlıq problemlərini diaqnoz və müalicə etməyə yardım edə bilər.

XS
SM
MD
LG