Accessibility links

Yaşlıları evlərində izləməyə yardım edən proqram [Video]


Yaşlıları evlərində izləməyə yardım edən proqram
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Yaşlıları evlərində izləməyə yardım edən proqram

Milli Səhiyyə İnstitutunun verdiyi məlumata əsasən, 2050-ci ilədək dünya əhalisinin 17 faizi 65 yaşdan yuxarı olacaq. Hazırda bu göstərici 8 faizdir. Yaşlı insanların sayının artması dövlət orqanlarını onlara qayğı göstərməyin yeni yollarını araşdırmasına gətirib çıxarıb.

Mən qohumlarımın məni kamera vasitəsilə izlədiklərini bildiyim üçün özümü rahat hiss edirəm. Məncə bu gözəl təşəbbüsdür və mən rahatam.
Sara Kasademunt

İspaniyanın Valensiya şəhərində 84 yaşlı Sara Kasademuntun evində bunun kimi bir çox sensor yerləşdirilib.

Bu sensorlar onun hərəkətlərinə nəzarət edir və bu məlumatı onun ailəsinə göndərir ki, onların gözü, sözün əsl mənasında, Saranın üzərində olsun.

“Mən onun evdə nə etdiyinə nəzarət edirəm, məsələn evdədir mi, bir yerə mi getdi, yemək yedi mi deyə baxıram. Əgər hər zamankindən fərqli nə isə olursa, bu, nəyinsə yolunda getmədiyinə işarədir”? deyə Saranın nəvəsi Mar Areqo bildirir.

Bəzi insalar bu sensorları şəxsi həyata müdaxilə kimi görə bilər, amma Sara sensorların ona özünü təhlükəsiz hiss etdirdiyini deyir.

“Mən qohumlarımın məni kamera vasitəsilə izlədiklərini bildiyim üçün özümü rahat hiss edirəm. Məncə bu gözəl təşəbbüsdür və mən rahatam”, o deyir.

Biz insanların öz evlərində yaşaya biləcəkləri vaxtı uzadırıq və bu, sosial xidmətlərə xərclənən pulların məbləğini azaldır.
Mario Lekumberri

Bunda əlavə sensorlardan alınan məlumat qeyri-adi hərəkətləri izləyən mərkəzi idarəyə də göndərilir.

“Biz hər hansı riskli vəziyyəti və ya yaşlanma prosesində bəzi çətinliklərə səbəb ola biləcək tendensiyanı müəyyən edə bilirik və beləliklə yaşlı insanların ailələri və qohumları onların vəziyyətindən xəbərdar olurlar”, deyə Myspheranın layihə meneceri Pilar Sala bildirir.

Proqram Activage adlandır və yaşlılara öz evlərində mümkün qədər müstəqil yaşamalarına imkan yaradır.

“Biz insanların öz evlərində yaşaya biləcəkləri vaxtı uzadırıq və bu, sosial xidmətlərə xərclənən pulların məbləğini azaldır”, deyə İniciativa Social Integraldan Mario Lecumberri bildirir.

Növbəti üç il ərzində davam edəcək bu pilot proqramla doqquz Avropa ölkəsində minlərlə insana nəzarət edilir.

XS
SM
MD
LG