Accessibility links

Yavər Sultani 1 il həbsə məhkum edilib


Yavər Sultani
Yavər Sultani

İran Azərbaycanında sosial media üzərindən jurnalist fəaliyyəti göstərən Yavər Sultani 1 il həbs cəzasına məhkum edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Yavər Sultani Makı (Maku) 2-ci Cinayət Məhkəməsinin 101-ci şöbəsi tərəfindən "cinayət və şiddət törətmək hədəfi ilə mitinqə çağırış vermək" ittihamından suçlanaraq 1 il həbsə məhkum edilib.

"Maku Times" adlı İnstagram səhifəsinin rəhbəri, jurnalist və türk fəal Yavər Sultani İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumu tərəfindən iyulun 13-də saxlanılıb dindirildikdən sonra çərşənbə axşamı iyulun 14-də Makı həbsxanasından 50 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Sultani ABŞ-da afroamerikalı Corc Floydyb Minneapolis şəhərində ölümündən sonra bir sıra Avropa ölkələrində irqçiliyə qarşı etirazlar baş verdiyini və etirazlar zamanı bir çox şəhərlərdə irqçilik simvolu olan şəxsiyyətlərin heykəllərinin endirilməsinə toxunaraq, Makı şəhərinin Həftə meydanından götürülmüş şair Firdovsinin heykəlinin geri qaytarılmamasını bir video reportaj paylaşaraq tələb etmişdi.

Həmin video reportajdan sonra Makı bələdiyyəsi bir bəyanat yayaraq, Firdovsi heykəlinin Həftə meydanından qaldırılma səbəbini meydanın təmiri ilə əlaqədar olduğunu və bir müddət sonra təkrar yerinə qaytarılacağını bildirimişdi.

Makının 2-ci Cinayət Məhkəməsinin 101-ci şöbəsi tərəfindən verilən hökmə görə, Fərid Məhəmməhnejad adlı digər makılı vətəndaş şair Firdovsinin heykəlinin şəhərin Həftə meydanından qaldırılması və Azərbaycan qəhrəmanlarının heykəllərinin yerləşdirilməsini tələb etməsi səbəbi ilə bir il həbsə məhkum edilib.

Yavər Sultaninin 1 il həbs cəzasına məhkum olması, İran İslam cəza qanununun 512-ci maddəsinə əsaslandırılıb. Həmin maddəsə görə, “ölkənin təhlükəsizliyini pozmaq” niyyəti ilə insanları “döyüşə və öldürməyə təhrik” edən hər kəs bir ildən beş ilə qədər həbs cəzası nəzərdə turulur.

Maku Times İnstagram səhifəsi Yavər Sultaninin bir il həbsə məhkum edilmə xəbəri haqda yazıb ki, “Yavər Sultaninin reportaj videosunu izləyən hər kəs hakimin hökm verməsində İslam Cəza Qanununun 512-ci maddəsinə istinad etməsinə təəccüblənir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG