Accessibility links

Yaxın Şərq görüşlərindən sonra Pompeo: Tramp üçün 'mühüm informasiya' var


ABŞ Dövlət Katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə görüşlərin ardınca ötən həftəsonu Səudiyyə neft emalı obyektlərinə edilən hücuma cavabla bağlı Prezident Donald Tramp üçün “mühüm məlumat”a malik olduğunu deyir.

Amerikanın baş diplomatı deyir ki, İranın gecəyarısı törədilən raket hücumlarına görə cavabdeh olması barədə “böyük konsensus” mövcuddur.

Həmin hücumlar Səudiyyə neft hasilatının yarısını, qlobal neft təchizatının isə 6 faizini sıradan çıxarmışdı.

Pompeo ABŞ-ın necə cavab verəcəyini detallamayıb.

Biz dinc həll yolu istəyirik. Ümid edirik ki, İran da məsələni belə görür.
Mayk Pompeo, ABŞ Dövlət Katibi

Əbu Dhabi Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedlə görüşən Pompeo Dubayda müxbirlərə deyib.

“Biz hələ də diplomatik akt olaraq beynəlxalq koalisiyanı formalaşdırdığımız halda İranın xarici işlər naziri müharibə və sonuncu amerikalıyadək döyüşməklə hədələyir. Biz bura gəlmişik ki, sülh əldə etmək naminə koalisiya formalaşdıraq.”

Səudiyyə hərbi sözçüsü Polkovnik Türki əl-Malki ötən həftəsonu Səudiyyə Ərəbistanı neftayırma zavodlarını hədəf alan kruiz mərmilərinin və dronların İrana məxsus olduğunu nümayiş etdirir.
Səudiyyə hərbi sözçüsü Polkovnik Türki əl-Malki ötən həftəsonu Səudiyyə Ərəbistanı neftayırma zavodlarını hədəf alan kruiz mərmilərinin və dronların İrana məxsus olduğunu nümayiş etdirir.

Pompeo dinc həll yolu tərəfdarı olduğunu, və İranın da məsələlərə eyni prizmadan baxacağına ümid ifadə edib.

ABŞ Dövlət Katibinin son bəyanatı İran xarici işlər nazir Məhəmməd Cavad Zərifin CNN telekanalına verdiyi müsahibədə səsləndirdiyi müharibə təhdidindən sonraya təsadüf edir. Zərif deyib ki, İrana hər hansı bir ABŞ yaxud Səudiyyə Ərəbistanı zərbəsi “tam müharibə” ilə nəticələnəcək.

XS
SM
MD
LG