Accessibility links

Yaxın Şərqin kütləvi qırğın silahları narahatlıq doğurur [Təhlil]


Suriyada kimyəvi silahlara nəzarət və İranın nüvə proqramının tənzimlənməsi Yaxın Şərqin kütləvi qırğın silahlarından azad edilməsi səylərini gücləndirib. Təhlilçilər regional düşmənçiliyin buna ən böyük maneə olduğunu deyir.

Qahirədəki Amerika Universitetinin professoru, siyasi təhlilçi Emad Şahin hesab edir ki, buna nail olmaq çoxdan arzulanan bir röyadır. “Regionun kimyəvi və nüvə silahlarlarından azad edilməsi on illərdir gündəmdədir.”

Suriya hökuməti yalnız ABŞ-ın hücum hədəsindən sonra kimyəvi silahları təhvil verməyə razı oldu
Suriya hökuməti yalnız ABŞ-ın hücum hədəsindən sonra kimyəvi silahları təhvil verməyə razı oldu
Ən böyük maneə şəffaflıqdır. İran Qərbin onun nüvə iddiasında olduğuna dair narahatlıqlarına məhəl qoymur. Suriya kimyəvi silahlara malik olduğunu yalnız ABŞ-ın hava hücumları təhdidlərindən sonra etiraf edib.

Misir, Liviya, İraq və İranın da kimyəvi silahlara malik olduğuna inanılır. İsrailin isə qəbul etməsə də nüvə silahına malik olduğu məlumdur.

Siyasi tətlilçi Səid Sadeqin dediyinə görə, problemə bütövlükdə baxmaq lazımdır. “Bütün tərəflərin bərabər iştirakına ehtiyac var. Nə qədər ki, münaqişələr mövcuddur, silahlara bəraət var. ”
İranın nüvə proqramının dinc mahiyyət daşıdığına dair iddialarına təkcə İsrail deyil, regionda bir çoxları skeptik yanaşır.
Regiondakı mübahisələrin bir çoxu İsraillə bağlıdır. Emad Şahin: “Regionda müdafiə doktrini hökm sürür. İsrailin öz qonşuları üzərində hərbi üstünlüyü qəbul edilib.”

Emad Şahin hesab edir ki, regional güclərin qeyri-mütənasib balansa malik olması problemlərin əsasını təşkil edir.

Səid Sadeq isə deyir ki, prezident Obamanın Suriya böhranını hücumlara yol vermədən həll etməsi regionda kütləvi qırğın silahları yarışlarını qızışdıracaq: "Obama öz simasını qorumaq istədi. O, yeni yollar axtarır. Amerikanın etibarı Suriyanın kimyəvi silahlarına görə zədələnib. Əsəd bunun məsuliyyətini daşımadı."

İranlı mühəndislər uran çevrilmə obyektində işləyirlər.
İranlı mühəndislər uran çevrilmə obyektində işləyirlər.
İranın nüvə proqramının dinc mahiyyət daşıdığına dair iddialarına təkcə İsrail deyil, regionda bir çoxları skeptik yanaşır.

Səid Sadeq hesab edir ki, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələr balansı qorumaq üçün nüvə proqramı əldə etməyə çalışacaq. Onun fikrincə, beynəlxalq səylər regionda silah yarışını gücləndirəcək.
XS
SM
MD
LG