Accessibility links

Martın 29-da Azərbaycan yay vaxtına keçəcək


Saat
Saat

Martın 29-da saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

XS
SM
MD
LG