Xilasetmə işçiləri Ukraynanın mərkəzində Krıvıy Rığ şəhərində Rusiyanın raket zərbəsi nəticəsində dağılan yaşayış binasının altından bir yaşlı oğlanın cəsədini çıxarıblar.
Kreml bildirir ki, Rusiyanın Ukraynanın infrastrukturuna endirdiyi uzun mənzilli zərbələr prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin necə irəliləyəcəyi ilə bağlı təklifləri müzakirə etmək üçün silahlı qüvvələrin komandirləri ilə görüşləri yekunlaşdırdığı bir vaxta təsadüf edib.
Britaniyanın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, “Son günlərdə Rusiyanın Ukraynanın kritik milli infrastrukturuna qarşı uzun-mənzilli zərbələrdə artım müşahidə olunur.”
Nazirlik Twitter-də bildirib ki, “zərbə dalğaları əsasən hava və dənizdən atılan qanadlı raketlərdən ibarətdir, amma onlar arasında demək olar, şübhəsiz ki, Rusiyanın Krasnodar regionundan atəlan İranın təmin etdiyi pilotsuz uçuş aparatları (PUA) da var.”
“Daha öncə bu PUA-lar əsasən işğal olunan Krımın daxilindəki ərazilərdən atılırdı. Onların atıldığı məkanın dəyişməsinin səbəbi, çox güman ki, Rusiyanın Krımın təhlükəyə açıq olması ilə bağlı narahatlıqları ilə əlaqədardır, eyni zmanda isə silahları onların Rusiya daxilində gətirildiyi Astraxandan yenidən təchiza etmək daha rahatdır.”
Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiya koordinatoru Con Kirbi cümə günü Amerikanın Səsinə müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya əlavə təhlükəsizlik yardımı edəcək.
Vaşinqtonun Rusiyanın Ukraynanı qabaqcıl Patriot havahücumlarından müdafiə raketlərini təmin etməməsi, əks təqdirdə bunun nəticələri ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıqlarını nəzərə alıb-almayacağı ilə bağlı sualına cavab olaraq, Kirbi “Rusiya nə Birləşmiş Ştatlar nə də başqa bir ölkəyə bizim Ukraynaya nə cür təhlükəsizlik yardımı verəcəyini diktə edə bilməz” deyib.
ABŞ rəsmisi deyib ki, Vaşinqton “ukraynalılarla bir addımlayırıq, demək olar hər gün onlarla ehtiyacları barədə danışırıq və həmin ehtiyacları ən yaxşı şəkildə qarşıladığımızdan əmin oluruq.”
Kirbi Rusiyanın qanadlı raketlər və İran dronları ilə “misli-görünməmiş” hava hücumlarından sonra hava hücumundan müdafiə imkanlarının Ukrayna ordusunun əsas tələbatına çevrildiyini vurğulayıb.
Kirbi deyib ki, Vaşinqton diqqətini Ukraynaya Prezident Zelenskinin münasib hesab etdiyi yolla döyüş meydanında uğur qazanmağa yardım etməyə yönəldib. O bildirib ki, ABŞ Ukraynaya ərazisini necə müdafiə etməli olduğunu diktə etmir.
Zelenski cümə günü video müraciətində deyib ki, Rusiyanın elə həmin gün Ukraynanın elektrik şəbəkəsinə endirdiyi zərbə kimi kütləvi zərbələr üçün hələ də kifayət qədər raketləri var.
Cümə axşamı Rusiyanın xarici işlər nazirliyi xəbərdarlıq edib ki, əgər ABŞ Ukraynaya qabaqcıl Patriot hava hücumundan müdafiə raketləri göndərsə, Moskva bunu “təxribatçı addım” hesab edəcək və bu, Kremlin cavab tədbiri görməsinə gətirib çıxara bilər.
Nazirliyin sözçüsü Maria Zaxarova Moskvanın cavabının nə olacağını deməsə də, bildirib ki, ABŞ Rusiyanın xəbərdarlıqlarından “doğru nəticələr” çıxarmalıdır.