Accessibility links

Finlandiyada 12 yaşlı şagirdin məktəbdə atəş açması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb


Finlandiyanın cənubunda polisin verdiyi məlumata əsasən, çərşənbə axşamı səhər 12 yaşlı şagird orta məktəbdə atəş açaraq bir nəfəri öldürüb, iki şagirdi isə ağır yaralayıb. Daha sonra şübhəli şəxsin həbs edildiyi bildirilib.

Ağır silahlı polis səhər saat 09:08-də atışma hadisəsi ilə bağlı zəng aldıqdan sonra paytaxt Helsinkidən bir qədər kənarda, Vantaa şəhərində 800-ə yaxın şagirdin olduğu orta məktəbi mühasirəyə alıb.

Polis həm şübhəlinin, həm də qurbanların 12 yaşında olduğunu bildirib. Polisin bildirdiyinə görə, şübhəli şəxs çərşənbə axşamı günü Helsinki bölgəsində əlində tapança ilə həbs edilib.

Polis mətbuat konfransında yaralı tələbələrdən birinin öldüyünü bildirib. Şərqi Uusima Polis İdarəsindən polis rəisi İlka Koskimaki bildirib ki, digər iki şagird ağır yaralanıb.

Finlandiyanın Baş naziri Petteri Orpo X sosial media platformasında də atışma ilə bağlı "dərin şok yaşadığını" yazıb.

Son onilliklərdə Finlandiya məktəblərdə iki böyük ölümcül atışmanın şahidi olub.

2007-ci ilin noyabrında yarı avtomatik tapança ilə silahlanmış 18 yaşlı tələbə Finlandiyanın cənubundakı Tuusula şəhərindəki Jokela liseyinin binasına atəş açıb, 9 nəfəri öldürüb. O, özünə vurduğu xəsarətlər nəticəsində ölü tapılıb.

Bir ildən az müddət sonra, 2008-ci ilin sentyabrında 22 yaşlı tələbə Finlandiyanın cənub-qərbində, Kauhajoki şəhərindəki peşə kollecində yarı avtomatik tapança ilə 10 nəfəri güllələyərək öldürüb, sonra özünü güllələyib.

Finlandiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 5,6 milyon əhalisi olan ölkədə 1,5 milyondan çox lisenziyalı odlu silah və təxminən 430,000 lisenziya sahibi var. Əhalisi az olan bu Şimali Avropa ölkəsində ovçuluq və silah sahibliyi qədim ənənələrə malikdir.

Adi odlu silahlara icazələrin verilməsinə görə məsuliyyət yerli polis idarələrinin üzərinə düşür.

2007 və 2008-ci illərdə məktəbdə baş verən atışmalardan sonra Finlandiya odlu silahlara sahib olmaq üçün minimum yaş həddi artıraraq və polisə silah lisenziyası üçün müraciət edən şəxslərin keçmişini yoxlamaq üçün daha böyük səlahiyyətlər verərək, silah qanunlarını sərtləşdirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG