Accessibility links

Göbələk infeksiyaları hər il dünyada iki milyona qədər insanı öldürür [Video]


Göbələk infeksiyaları hər il dünyada iki milyona qədər insanı öldürür
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Kolumbiya Universitetinin alimləri adi mayadan istifadə edərək, çox ucuz başa gələn testlə göbələk patogenlərini aşkar edir.

Göbələk infeksiyaları hər il dünyada iki milyona qədər insanı öldürür. Bu xəstəliyin patogenlərini təyin etmək isə baha başa gələn prosedurdur. Lakin Sintetik Biologiya üzrə alimlər patogenlərin tədqiqatında istifadə edilən bahalı cihazı sadə, çox ucuz başa gələn cihazla əvəz edə bilib.

Kolimbiya Universitetinin alimi Nili Ostrov: “Mənim əlimdəki xəmirə vurulan, yediyimiz adi mayadan və kağızdan hazırlanmış çox sadə alətdir. Biz nə etdik, biz mayanın genetikasını dəyişməklə, xəstəliyə yol açan pategenləri müəyyən edib, onları qırmızı rənglə göstəririk."

Alimlər mayanın reseptorlarından birini insanları göbələyə yoluxduran Candida albicans kimi tanınan patogeni ilə əvəz etdi və ona patogeni aktivləşdirən pomidordan qırmızı piqment əlavə etdi. Bundan sonra onlar əlavə doqquz adamı müşahidə edən biosensor, kənd təsərrüfatı və ərzaq korlanması üzrə patogenləri göstərdi.

Bu alətlə edilən testlər torpaq, sidik və qanda patogenləri aşkar edir. Lakin alimlərin məqsədi təkcə bu deyildi. “Biz elə bir dianostik cihad icad edə bilərikmi ki, çox ucuz, mayanı qidalandıran qənd bahasına başa gəlsin? Və biz fikirləşdik ki, bu elə ucuz olsun ki, laboratoriyadan kənarda davamlı patogen nəzarəti üçün istifadə oluna bilsin” deyə, Kolumbiya Universitetinin alimi Migel Himebez bildirir.

Burada üstünlük bir də odur ki, bu cihazdan inkişaf etməkdə olan ölkələrdə də istifadə oluna bilər. Hazırda alimlər bu cihazın hər yerdə istifadə edilə biləcəyi prototipi üzərində işləyir.

XS
SM
MD
LG