Nyu-York şəhəri koronavirusun yayılmasından sonra həftələrlə davam edən qapanmalardan sonra tədricən və ehtiyatla normal həyata qayıdır. Şəhər kinoteatrların qapılarını açmaq ümidi ilə yaşayır. Eyni zamanda açıq hava kino-teatrları pandemiya dövründə böyük populyarlıq qazanıb.
Bu kinoteatrda hərarətin ölçülməsi, əllərin yuyulması və maska taxılmasına ehtiyac yoxdur. Manhettanın səmaları altında nümayiş etdirilən hər bir film şah əsəri hesab edilir.
Xüsusilə də Gələcəyə Qayıdış filmi.
“COVID! Kinoya və ya harasa getmək mümkün deyil. Burada səma altında film izləməyin özü bir şansdır. Fərqli bir şeydir” - deyə, şəhər sakini Den Petroff bildirib.
Nyu-York bu ilin əvvəlində çoxsaylı ölüm hallarından sonra ehtiyatla davranır. Kinoteatrlar açılış üçün hazır olsalar da, hələ ki, tamaşaçı qəbul etmir.
Lesli Klainberq Linkoln Film Mərkəzinin icraçı direktorudur. O, kinoteatrların açılışına dair heç bir göstəriş almadığını deyir. Baxmayaraq ki, ventilyasiya sistemləri gücləndirilib və film kolleksiyası artırılıb.
“Adətən biz fiziki kinoteatrlarla kifayətlənirdik. İndi bir dəfəlik ancaq 8-9 film proqramlaşdıra bilirik”.
İllik kinofestivala sentyabrın sonunda start veriləcək və bütün filmlər Nyu-York boyu nümayişə çıxarılacaq.
“Biz kino-festivalın Nyu-Yorkun əsl festivalı olmasını istəyirik. Adətən festival 65 küçədə keçirilir. Bu il şəhərə çıxış böyük əhəmiyyət kəsb edir. Düşünürük ki, bu, insanlar üçün bir açılış olacaq, biz insanların incəsənətdən yenidən zövq almasını istəyirik!” - deyə, Lesli Klainberq bildirib.
Nyu-Yokda zəncir kinoteatrlar mart ayından etibarən plakatlar nümayiş etdirir. Onlar açılış ümidi ilə ciddi dəyişikliklər həyata keçirib. Kinoteartlar 30-50 faiz arasında çalışacaq. Ventilyasiya sistemində ciddi təmir işləri aparılıb.
Seanslar arasında hər bir zal təmizlənəcək.
Açılışa icazə verildiyi təqdirdə bəzi kinoteatrlar biletləri 15 sentə satmağa söz verib.
100 il əvvəl ABŞ-ın nəhəng kino-teatr şəbəkəsi AMC biletləri bu qiymətə satırdı.
Daha kiçik özəl kinoteatrların isə yeni reallığa alışması çətin görünür. Onlar indi onlayn çalışır.
Hazırkı anda yağış mövsümü başlamadan öncə açıq kinoteatrlar yeganə seçimdir.