Accessibility links

Yəməndə müdafiə naziri prezidentə dəstəyini bildirib (YENİLƏNİB)


Yəməndə müdafiə naziri prezidentə dəstəyini bildirib (YENİLƏNİB)
Yəməndə müdafiə naziri prezidentə dəstəyini bildirib (YENİLƏNİB)

Yəmənin müdafiə naziri Məhəmməd Nasir Əhməd bildirir ki, ordunun yüksək rütbəli generalları və qəbilə başçılarının hökuməti rejimini tərk edib nümayişçilərə qoşulmasına baxmayaraq,hərbi qüvvələr hələ də prezident Əli Abdulla Salehi dəstəkləyir. Müdafiə naziri bunu bu gün televiziya vasitəsilə çıxışında bildirib. Bu gün daha bir yüksək rütbəli general Əli Möhsün əl-Əhmar gənclərin dinc inqilabına dəstək verdiyini bildirib. Generalın mesajından sonra paytaxt Sənanın hər yerində tanklar yerləşdirilib. Yəmən prezidenti Əli Abdulla Saleh isə beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərlə qarşılaşması və kabinetini bütünlüklə istefaya göndərəndən sonra yaranmış vəziyyətə baxmayaraq, xalqın böyük hissəsinin onun arxasında olduğunu bəyan edib.

XS
SM
MD
LG