Əl-Qaidənin Yəməndəki qolu bazar günü lideri Xalid Əl-Batarfinin öldüyünü bəyan edib.
SITE Kəşfiyyat Qrupunun məlumatına görə, Əl-Qaidənin yayımladığı videoda Əl-Batarfinin ölümü ilə bağlı heç bir təfərrüat verməyib, lakin onun cəsədinin militant qrupun bayrağına büküldüyünü görmək olub.
Birləşmiş Ştatlar 2020-ci ilin fevral ayından Ərəbistan yarımadasında Əl-Qaidəyə (AQAP) rəhbərlik edən Əl-Batarfinin yerini deyənə 5 milyon dollar mükafat təklif etmişdi.
Qrup ABŞ-ın məlumat verənə 6 milyon dollar mükafat təklif etdiyi Səad Bin Atif Əl-Əvlakini yeni lider adlandırıb.
AQAP uzun müddətdir Əl-Qaidənin ən təhlükəli qolu kimi təsnif edilib və 2015-ci ildə Fransanın həftəlik satirik Charlie Hebdo-ya qarşı kimi hücumlar həyata keçirib.
Əl-Batarfidən əvvəlki lider Qasim Əl-Rimi 2019-cu ildə Florida ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinin obyektinə edilən hücuma cavab olaraq, ABŞ pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.
Forum