Accessibility links

Əl-Qaidənin Yəməndəki ali ruhanisi öldürülüb


Birləşmiş Ştatların hava hücumları zamanı Əl-Qaidənin Yəməndəki filialının yüksək səviyyəli ruhanisi İbrahim Əl-Rübaiş öldürülüb.

İbrahim Əl-Rübaiş 2008-ci ildə Birləşmiş Ştatların Kubadakı Quantanamo həbsxanasından azad edildikdən sonra Ərəbistan yarımadasındakı Əl-Qaidə sıralarına qoşulmuşdu.

Qrupun ideoligiya və din üzrə baş müşaviri olan və moizələri ilə tanınan Əl-Rübaişin başına 5 milyon dollar mükafat vəd edilmişdi. Birləşmiş Ştatlar onun ölümü ilə bağlı xəbəri təsdiq etməyib.

Bu arada BMT Təhlükəsizlik Şurası Yəməndə Huti şiə üsyançıların liderlərinə qarşı silah embarqosu tətbiq edib. Qurum qrupun paytaxt Səna və ölkədə ələ keçirdiyi bütün ərazilərdən geri çəkilməsini tələb edib. Qətnamə Təhlükəsizlik Şurasında 14 lehinə səslə qəbul edilib. Rusiya səsvermədə bitərəf qalıb.

XS
SM
MD
LG