Accessibility links

Yəməndə 5 günlük atəşkəs bu gün qüvvəyə minir


Yəməndə humanitar məqsədlə 5 günlük atəşkəs bu gün qüvvəyə minir.

Huti üsyançıları, hökumət qüvvələri və 6 həftədən artıqdır hava hücumları həyata keçirən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya atəşkəsə riayət edəcəklərini bildirib. Lakin dünən ara verməyən döyüşlər atəşkəsə riayət ediləcəyini şübhə altına alıb.

BMT-nin Humanitar işlər və fövqəladə hallar şöbəsinin rəhbəri Valeri Amos tərəflərə müraciət edərək, zorakılıqların dayandırılması ilə yardım işçilərinə ehtiyac içərisində olan dinc əhaliyə ərzaq, dərman, içməli su və digər ləvazımatların çatdırılmasına imkan yaratmağa çağırıb.

BMT-nin bildirdiyinə görə, döyüşlər Yəməndə 1400-dən artıq insan həyatına son qoyub.

XS
SM
MD
LG