Accessibility links

Yəməndə atəşkəs qüvvəyə minib


Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunmuş atəşkəs çərşənbə günü müharibənin dağıtdığı Yəməndə qüvvəyə minib.

BMT 72 saatlıq fasilə humanitar yardım işçilərinin yüksək dərəcədə ehtiyac duyulan yardımı çatdırmağı icazə verəcək və sülh danışıqlarına yol açacaq.

Atəşkəs şimali Yəməndə günlərdir davam edən hərbi gərginlikdən sonra əldə olunub. Orada Səudiyyə Ərəbistanının dəstəklədiyi üsyançı qüvvələr Hutilərin istinadgahı Səadaya qarşı hücumu sürətləndirmişdi.

Yəməndə müharibə 2014-cü ildə ölkənin şimalında qərargahlanan Huti şiə üsyançıların paytaxt Səananı ələ keçirib, daha sonra Ərəb Yarımadasının bu yoxsul ölkəsinin digər hissələrinə də keçəndən sonra başlayıb.

2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanı və körfəzli müttəfiqləri üsyançılara qarşı hava hücumları kampaniyasına başlayıb.

BMT hesab edir ki, müharibə başlayandan bəri əksəriyyəti Səudiyyə Ərəbistanının həyata keçirdiyi hava hücumları nəticəsində 4 min mülki vətəndaş həlak olub.

XS
SM
MD
LG