Accessibility links

Yəməndə böhranın həllinə müdaxilə çağırışları edilir


Beynəlxalq ictimaiyyət Yəməndə hazırkı hökümət və Hutilər arasında barışığın əldə olunmasına təkid edir

Yəməndə davam edən böhran diqqəti regiondakı digər ölkələrdən və müttəfəqlərindən öz üzərinə çəkib. Ölkədəki böhranın siyasi həlli yolunun axtarışları davam edir; şimal və cənubdakı franksiyalar isə nəzarəti ələ almaq uğrunda döyüşür.

ABŞ-ın Yəməndəki səfiri Metyu Tueller bazar ertəsi beynəlxalq ictimiayyət tərəfindən tanınan prezident Əbd-Rabbu Mansur Hadinin höküməti və paytaxt Sənaya nəzarət edən Huti üsyançıları arasında yeni hakimiyyət bölgüsünə dair razılığının əldə oluna biləcəyinə inandığını deyib. Lakin, o, Reuters xəbər agentliyinə qərarın tez bir zamanda verilməsinin vacibliyini də qeyd edib.

“Hadi devrilib, ələ keçirilsə və Ədən çöksə (bu isə çox tez baş verə bilər) siyasi dialoq işləməyəcək”,-deyə Tueller bildirib.

Ötən ay prezident Hadi Ədəndə hökumət yaratmağa səy göstərmək məqsədilə Hutilər tərəfindən Sənada tətbiq edilən ev dustaqlığından qaça bilmişdi. O zamandan bəri Ədəndə cənab Hadini dəstəkləyən qüvvələr və sabiq lider Əli Abdullah Saleh, eləcə də Huti üsyançıları arasında döyüşlər davam edir.

XS
SM
MD
LG