Accessibility links

Yəmən paytaxtında hava hücumları nəticəsində 30 nəfər həyatını itirib


Yəmən paytaxtı Sənada polis qərargahına hava hücumu nəticəsində azı 30 adamın həyatını itirdiyi bildirilir.

Səhər saatlarında üsyançıların nəzarətində olan hərbi polis qərargahında reyd 80 nəfərin yaralanması ilə nəticələnib.

Hava hücumu Səudiyyə Ərəbistanının başçılığı etdiyi koalisiya tərəfindən keçirilib. Üsyançılara qarşı hava hücumları kampaniyası 2015-ci ildə mart ayında başlayıb. BMT-nin baş katibi Antonio Quterresin bazar günü yenidən bu “mənasız müharibə”yə son qoyulmasına dair çağırışıan baxmayaraq, əməliyyatlar davam etdirilir.

Səudiyyə Ərəbistanının paytaxt Sənanın şimal-qərb hissəsində bazar günü keçirdiyi hava hücumları nəticəsində üsyançıların azı 26 döyüşçüsü qətlə yetirilib. İki ildir davam edən vətəndaş müharibəsi ölkədə humanitar böhranın yaranmasına gətirib çıxarıb.

Keçən həftə Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin İranın dəstəklədiyi və onun bir zamanlar müttəfiqi olub, sonradan düşməninə çevrilmiş Huti üsyançıları tərəfindən öldürülməsi ölkəni daha böyük qeyri-müəyyənlik və daha artıq zorakılıqlar qarşısında qoyur.

XS
SM
MD
LG