Accessibility links

Yəmən husiləri Ədən körfəzindən uzaqda gəmiyə hücum edib


Husilərin hərbi sözçüsü, briqada generalı Yəhya Sari
Husilərin hərbi sözçüsü, briqada generalı Yəhya Sari

Bazar ertəsi Yəmənin Husi üsyançılarının hücumu qrupun Ədən körfəzində başladıqları hücumların demək olar ki, hamısından daha uzaqda olan bir gəmini hədəf alıb. Bu, qrup tərəfindən potensial olaraq gərginliyin artırmasıdır.

Hücum ABŞ-ın husilərin hücumlarına qarşı göndərdiyi "USS Dwight D. Eisenhower" gəmisinin səkkiz aydan sonra vətənə qayıtdığı vaxta təsadüf edib. Bu hücumlar Asiya, Yaxın Şərq və Avropa bazarlarına mühüm əhəmiyyət kəsb edən marşrutların daşımalarını kəskin şəkildə azaldıb. Belə ki, husilər Qəzza zolağında İsrail-HƏMAS müharibəsi davam etdikcə, gəmilərə hücumlarını davam etdirəcəyini bəyan edib.

Britaniya ordusunun Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin məlumatına görə, hücum bazar ertəsi səhər Ədən körfəzində, Yəmənin Omanla sərhədi yaxınlığındakı Niştun şəhərinin təxminən 450 kilometr cənub-şərqində baş verib. Bu bölgə uzun müddət, üsyançılar 2014-cü ildə paytaxt Sənanı ələ keçirənə qədər Yəmənin sürgündəki hökumətinə husilərlə döyüşən müttəfiq qüvvələrin nəzarətində olub.

Hücum Yəmənin eyni zamanda sürgündəki hökumətin müttəfiqlərinin nəzarətindəki Sokotra adasının şimal-şərqində həyata keçirilib.

"Ticarət gəmisinin kapitanı gəmiyə yaxın ərazidə partlayış baş verdiyini bildirib. Ekipajın təhlükəsiz olduğu bildirilir və gəmi növbəti çağırış limanına gedir" Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Mərkəzi bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olan Birgə Dəniz Məlumat Mərkəzi hücuma məruz qalan gəminin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabiyə gedən Liberiya bayrağı altında Yunanıstan tərəfindən idarə olunan "MSC Sarah V" konteyner gəmisi olduğunu müəyyən edib.

"Gəmi vurulmayıb və göyərtəsində olan bütün heyət təhlükəsizdir. Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Mərkəzi gəminin İsrail səbəbindən hücuma məruz qaldığını ehtimal edir" deyə, məlumatda bildirilib.

"Qlobal Konteyner Daşıma Şirkəti" (MSC) ilə əlaqəli başqa bir gəmi - "MSC Orion" may ayında hədəf alınıb. Hücumun məsuliyyətini husilər öz üzərinə götürüb.

Çərşənbə axşamı husilərin hərbi sözçüsü, briqada generalı Yəhya Sari əvvəlcədən yazılmış bir mesajında hücumu öz üzərinə götürüb və daha ətraflı məlumat vermədən, hücumda yeni ballistik raketdən istifadə etdiklərini deyib.

Bu hücumların hər hansı birinin baş verdiyinə dair müstəqil bir təsdiq olmasa da, husilər faktiki olaraq, daha uzaq məsafələrdəki gəmiləri hədəf aldıqlarını sübut etmədən bir sıra iddialar irəli sürüb.

Forum

XS
SM
MD
LG