Accessibility links

Yəməndə ABŞ və Britaniya əleyhinə kütləvi nümayişlər keçirilir


Kalaşnikov avtomatları ilə silahlanmış Husi döyüşçüləri ABŞ və Böyük Britaniyaya qarşı etiraz edirlər. Səna, Yəmən. 12 yanvar, 2024.
Kalaşnikov avtomatları ilə silahlanmış Husi döyüşçüləri ABŞ və Böyük Britaniyaya qarşı etiraz edirlər. Səna, Yəmən. 12 yanvar, 2024.

Cümə günü on minlərlə yəmənli bir neçə şəhərdə toplaşaraq, liderlərinin husi militantlarının Qırmızı dəniz gəmilərinə hücumlarına cavab olaraq, ABŞ və Britaniyanın ölkələrinə zərbələrini pisləməsini dinləyib.

ABŞ və Britaniyanın keçən gecə husilərin hərbi obyektlərinə onlarla hava zərbəsi endirməsi İsrailin Qəzzadakı müharibəsi nəticəsində yaranan regional münaqişə dalğasını genişləndirib.

"Yəmənə endirdiyiniz zərbələr terrordur," Husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi ABŞ-ı nəzərdə tutaraq deyib. "ABŞ şeytandır."

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna cavab olaraq, İsrailin Qəzzaya hücumundan sonra İrana bağlı husilər gəmi yollarına hücum etməyə, İsrailə pilotsuz təyyarələr və raketlər atmağa başlayıb və İsrail hücumu dayandırmayana qədər bunu davam etdirəcəklərini bildirib.

Yəmənin böyük hissəsinə nəzarət edən husilər 1600 km-dən çox uzaqlıqdakı İsrailə gedən bütün gəmiləri hədəf alacaqlarını deyib və beynəlxalq gəmiçilik şirkətlərinə İsrail limanlarından istifadə etməmək barədə xəbərdarlıq edib.

Husilər Fələstinli müttəfiqı HƏMAS-ın oktyabrın 7-də İsraildə 1200-dən çox insanı öldürməsindən sonra İsrail və ABŞ-ı hədəf alan iranpərəst "Müqavimət Oxu"na daxil olan qruplardan biridir.

"Biz Amerika sahillərinə hücum etmədik, Amerika adalarına doğru hərəkət edib, onlara hücum etmədik," Əl-Husi deyib. "Sizin ölkəmizə vurduğunuz zərbələr terrordur."

Forum

XS
SM
MD
LG