Accessibility links

Yəməndə silsilə bomba hücumları


Yəmənin paytaxtında beş bomba hücumu azı bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Hücumlar bu gün səhər tezdən,Huti qrupuna mənsub müsəlman şiələrin yaşadığı Sənanın köhnə məhəlləsində həyata keçirilib.

Partlayışlardan biri Huti milisinin bombanı zərərləşdirmək istəyərkən baş verib. Hücumların məsuliyyətini üzərinə götürən olmayıb.

Hutilərlərin Ərəbistan yarımadasında Əl-Qaidə və Sənadakı digər sünni yaraqlılarla qarşıdurmaları sentyabr ayından bəri vüsət alıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG