Accessibility links

Yəmən husiləri yük gəmisinə hücum edib


"Rubymar" yük gəmisi
"Rubymar" yük gəmisi

Yəmənin husi üsyançılarının bazar ertəsi Bab Əl-Məndeb boğazından keçən Beliz bayraqlı gəmiyə hücum etdiyini iddia etməsinin ardınca ikinci gəmi bölgədə raket hücumu barədə məlumat verdikdən sonra hərbi yardım istəyib.

Husilərin verdiyi açıqlamada Beliz bayraqlı gəminin "Rubymar" adlı yük daşıyan gəmi olduğunu bildirib. Yükdaşıma İzləmə Xidməti gəminin Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana getdiyi haqda məlumat verib.

Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) bazar ertəsi bildirdiyinə görə, hərbi rəsmilər bazar günü Yəmənin Əl-Muxa şəhərindən təxminən 65 kilometr cənubda baş verdiyi bildirilən insidentə cəlb olunan gəminin heyətinin gəmini tərk etdiyini bildiriblər.

"Lövbərdə olan gəmi və bütün ekipaj təhlükəsizdir" - deyə, UKMTO bildirib.

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Ambrey" ikinci gəminin Yunanıstan bayraqlı, ABŞ-a məxsus yükdaşıyan gəmi olduğunu və bazar ertəsi hücum barədə məlumat verərkən Argentinadan Yəmənin Ədən limanına getdiyini bildirib.

UKMTO Ədəndən təxminən 185 kilometr şərqdə baş verən insident barədə məlumat verərək, "gəminin yaxınlığında" partlayış xəbərini aldığını, gəminin və heyətinin təhlükəsiz olduğunu, limana doğru irəlilədiyini bildirib.

Husilər noyabr ayından bəri Qırmızı dənizdəki gəmiləri hədəf almaq üçün pilotsuz təyyarələr, raketlər və qayıqlardan istifadə edərək, çoxsaylı hücumlar həyata keçirib. İranın dəstəklədiyi üsyançılar Qəzzada fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini deyir.

ABŞ və Britaniya qüvvələri Yəməndə cavab zərbələri endirib, eyni zamanda mühüm Qırmızı dəniz marşrutunu qorumaq üçün husilərin pilotsuz təyyarələrini və raketlərini vurub.

ABŞ hərbi qüvvələri bazar günü son əməliyyatları barədə məlumat verərək, şənbə günü beş zərbə ilə gəmi əleyhinə mobil qanadlı raketləri, həm sualtı, həm də yerüstü dronları hədəf aldığını bildirib.

Forum

XS
SM
MD
LG